Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanı “Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumu”nda kim təmsil edəcək?

Baxış: 308
Sentyabrın 6-da Macarıstanın paytaxtı Budapeştdə “Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumu”nun iclası keçiriləcək.
Bu Forum ABŞ-ın müttəfiqlərini ekstremizm və düşmən dövlətlərin yaratdığı qlobal təhdidlər haqqında anlayışları artırmaq, bu təhlükələrə qarşı təsirli həll yolları tapmaq üçündür.
Bu, parlamentarilər və hökumət rəsmiləri arasında təcrübə və əməkdaşlığı təmin edən beynəlxalq platformadır.
Azərbaycan da bu forumda təmsil ediləcək: Milli Məclisin deputatı Kamal Cəfərov Forumun iclasında iştirak etməkdən ötrü sentyabrın 5-də Budapeştə yola düşəcək.
Deputat Forumda “Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi: ən müsbət təcrübə” mövzusunda məruzə edəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.