Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İlham Əliyev: Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yük daşınıb

Baxış: 216
İlham Əliyev: Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yük daşınıb


Son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yük daşınıb.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edərkən deyib.

Dövlət başçısı Azərbaycanın regionda sülhün möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Prezident İlham Əliyev münasibətlərin normallaşması fonunda Azərbaycanla Ermənistan arasında iqtisadi və ticari əlaqələrin qurulduğunu, üçüncü ölkələrdən Ermənistana və Ermənistandan üçüncü ölkələrə yüklərin Azərbaycan ərazisindən tranzitlə daşınması üçün imkanların yaradıldığını qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.