Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sahibə Qafarova onu qarşılamaq üçün hava limanına getdi

Baxış: 297
Sahibə Qafarova onu qarşılamaq üçün hava limanına getdi


Bu gün Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti İkinci Azərbaycan- Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gəlib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Tənzilə Narbayevanı Heydər Əliyev Hava Limanında Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.

Qeyd edək ki, bu gün Bakıda keçiriləcək Forumda “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər” mövzusunda müzakirələr aparılacaq, həmçinin Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2027-2028-ci illər üçün praktiki tədbirlər planı (“Yol xəritəsi”) imzalanacaq.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.