19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
Azərbaycanın Vətən müharibəsində qələbə qazanmasından sonra dövriyyəyə səssiz bir oyunçu girib, daha dəqiq ifadə etsək, bu elə müharibə dövründə də belə idi.
Elə bir oyunçu ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbə qazanılmasında vacib rol oynamışdı, almanların şifrəli rabitə danışıqlarının, teleqraf yazışmalarını “Enigma” aparatı vasitəsilə oxuyaraq müharibənin tez bitməsinə nail olmuşdu. Hərçənd ki, bu məsələdən çox danışılmır.
Bu, Britaniyadır. Britaniya səssiz addımları sevir, xarici siyasətinin “sağ qolu” olan BP vasitəsilə ölkələrə təsir imkanlarını saxlayır və maraqlarını təmin edir.
BP girən yerdə sülh və təhlükəsizlik qarşısıalınmaz tələbə çevrilir, onun fəaliyyəti sözsüz ki, Britaniya kəşfiyyatı – MI6 - ilə koordinasiya edilir.
Böyük Britaniya yeni böyük oyuna başlayıb? Bu sual və ona veriləcək cavablar Vətən müharibəsindən sonra aktuallıq qazanıb. Bu sualın yaranmasının digər səbəbi də odur ki, 44 günlük müharibəsi dövründə Britaniya BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamənin qəbulunda həlledici maneə olmuşdu.
Başqa bir məqama nəzər yetirək, bəlkə də təsadüf idi, bəlkə də planlı işin nəticəsi: Britaniya üçün Cənubi Qafqaz önəmlidir, kartların, güc balansının, strateji maraqların yerdəyişməsi London üçün yeni prioritetlər müəyyən edirdi.
Ötən ilin Tovuz döyüşlərindən sonra Britaniya regionda yeni alovlanmanın olacağını hesablamışdı, yəqin ki, topladığı kəşfiyyat məlumatları əsasında Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlayacağını və bunun Bakının xeyrinə yekunlaşacağını hesablamışdı.
Buna görə yaranacaq yeni geosiyasi reallıqda dayaqlarını möhkəmlətmək üçün Türkiyə ilə münasibətləri dərinləşdirmək lazım idi.
Təsadüfdürmü: Mən qeyd edim, fikir yürütmək seçiminizdən özünüz istifadə edin.
Ötən ilin iyulunda dünya kəşfiyyat sistemində ağır çəkili MI6 kəşfiyyat orqanına yeni rəhbər gətirilir, bu, Riçard Mur idi.
Diqqət ediləsi detal: Riçard Mur Böyük Britaniyanın Türkiyədəki səfiri, həmçinin ölkənin Nazirlər Kabineti katibliyinin milli təhlükəsizlik üzrə müşavirinin müavini vəzifələrində çalışıb.
Həmin vaxtlar nüfuzlu “Financial Times” nəşri Britaniyanın yeni “baş çekisti” barədə təqdim etdiyi materiala Türkiyəyə vurğu edərək sərlövhə seçmişdi: “Britaniyanın Türkiyədəki keçmiş səfiri MI6-nın yeni rəisidir”.
Türkiyə üçün müharibə həm də yeni fürsətlər resepti təqdim edirdi, Ankara yeni coğrafiyaya girir və geosiyasi maraqlarını Cənubi Qafqazda da möhkəmləndirir.
Britaniya pərdəarxasında Ankaraya dəstək idi, elə bəzi mətbu orqanlar da Britaniyanın Türkiyədə türkçülük ideyalarının güclənməsinə rəvac verdiyini yazırdı.
Britaniya xarici siyasətinə əlavələr edərək İranı da hədəf almışdı və bunu Ankara ilə koordinasiya şəklində həyata keçirirdi. Fikir verək, ayrı-ayrılıqda hər dövlətin öz marağı kimi səslənsə də, mesajları birləşdirəndə bunu bütünün, ortaq marağın hissə-hissə açıqlanması kimi düşünmək olar.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Bakıda Zəfər paradında olarkən oxuduğu şeirdə siyasi çalarlarla zəngin bir tonda Araz çayının adını çəkir, İran bundan bərk narahat olur, üzərindən iki ay keçdikdən sonra isə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Araz çayının fotosunu paylaşaraq “Salam İran” yazır.
Maraqlı səslənir, deyilmi? Müharibə bitdikdən qısa müddət sonra Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın MI6-nın rəhbəri ilə Qarabağdakı vəziyyəti müzakirə edir.
Postmüharibə dövründə BP işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək layihələrdə iştirakda maraqlı olduğunu bildirir.
Britaniya siyasətinin “sağ əli” BP-nin bu coğrafiyaya girişi daimi təhlükəsizlik zəmanəti kimi dəyərləndirilə bilər. Məgər BP-nin ayağını basdığı yerlərdə müharibə ehtimalı mümkündürmü? Bu gün çoxları müharibə ssenarisinin mümkünlüyünə toxunur, lakin qarşı tərəfin gücünün, potensialının, mənəvi resursunun olmaması bir yana, BP amili də diqqətə alınmır.
Müharibə gedən vaxtda, oktyabrın 19-da BP-nin regional direktoru Geri Cons bəyanat yayaraq Azərbaycanın enerji resurslarının Britaniya üçün strateji əhəmiyyət daşıdığını vurğulamışdı.
Nəticə:
Britaniya Azərbaycana qarşı cəbhə açılmasına icazə verən deyil,
Regionda yorucu müharibə ehtimalı yoxdur.
Bölməyə aid digər xəbərlər