Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Çavuşoğlu Blinkenlə Əfqanıstandakı vəziyyəti müzakirə etdi

Baxış: 317
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinken ilə Əfqanıstandakı son hadisələri müzakirə edib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
“Blinken bu gün Türkiyənin xarici işlər naziri Çavuşoğlu ilə telefonla danışdı. Əfqanıstanda davam edən əməkdaşlığımız və vətəndaşlarımızın, müttəfiqlərimizin və ortaqlarımızın təhlükəsiz və nizamlı olaraq təxliyəsini təmin etmək üçün göstərdiyimiz səylər müzakirə edildi”, - deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Digər tərəfdən, Blinken özü də bu telefon danışığı barədə “Twitter” hesabında yazaraq vurğulayıb ki, “Türkiyə NATO-nun əhəmiyyətli bir müttəfiqi və bölgədə çox dəyərli bir tərəfdaşıdır”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.