11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
14:22 / 20-11-2024
14:14 / 20-11-2024
13:07 / 20-11-2024
13:02 / 20-11-2024
12:57 / 20-11-2024
12:45 / 20-11-2024
12:41 / 20-11-2024
11:09 / 20-11-2024
Caliber.Az-ın redaksiyasına Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) xüsusi vəziyyət bölgəsinin və ətraf rayonlarının komendantı, vəzifə borcunda sədaqətinə, cəsarətinə və prinsipiallığına görə çoxlarının “Dəmir general” adlandırdığı general-mayor Vladislav Nikolayeviç Safonovun məqaləsi daxil olub. 1988-1990-cı illərdə V.Safonov Qarabağın azərbaycanlı əhalisinin və Azərbaycan torpaqlarının erməni işğalından qorunmasına böyük töhfə verib. Həmin illərdə əsasən onun prinsipial mövqeyi sayəsində Qarabağda nisbi sabitliyi təmin etmək mümkün olub.
Qarabağda geniş praktiki xidmət təcrübəsi olan “Dəmir general” məqaləsində azad edilmiş Azərbaycan ərazilərində mövcud olan reallıqlara baxışını ifadə edir, ərazi sahibi olan Azərbaycanla aralarında anlaşılmazlıqların qarşısını almaq üçün rusiyalı sülhməramlılara bir sıra praktik məsləhətlər verir. Son hadisələr fonunda bu məqalənin təkcə Azərbaycan yox, həm də Rusiya ictimaiyyəti, eləcə də Rusiya sülhməramlı qüvvələrinin komandanlığı üçün maraqlı olacağına inanırıq.
“2021-ci ilin yanvar ayında Azərbaycanın elektron mediasında mənim “Ermənilər arxayınlıqla yatır, Bakı isə qan-tər içində Qarabağı qaytarmağa hazırlaşır” adlı məqaləm dərc olundu. Son altı ay ərzində 1988-90-cı illərdə Qarabağda xidmət etmiş keçmiş hüquq mühafizə orqanlarından və hərbi qulluqçulardan çox sayda reaksiya aldım: Ural, Sibir, Qafqaz, Mərkəzi Rusiya - coğrafiya genişdir. İnsanlar Azərbaycanla bağlı xatirələrini bölüşürlər, ölənlərin xatirəsini andığım üçün təşəkkür edirlər. Xüsusilə keçmiş həmkar, DQMV-nin son “dinc” prokuroru Valeri Vasilenkodan mesaj almaq xoş idi. Gənc, enerjili, erudit, peşəkar hüquqşünas olan Vasilenko “miatsum” şüarı altında hərəkət edən erməni millətçi hərəkatının təxribatçı hiylələrinin ifşasına dəfələrlə kömək edib.
Separatçıların “miatsum” – yəni yenidən birləşmək üçün deyil, Qarabağ ərazisinin zəbt edilməsi və Ermənistana birləşdirilməsi uğrunda mübarizə apardıqlarına dair yekdil qənaət SSRİ Daxili İşlər Nazirliyində, Baş Prokurorluğun müxtəlif instansiyalarında, SSRİ Ali Sovetinin və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin səlahiyyətli nümayəndələri yanında mövqeyimizi möhkəm müdafiə etməyə kömək etdi. Uzun müddət V.Vasilenko Primorski diyarının prokuroru olub.
Onun cavabını əlavə edirəm: “Hörmətli Vladislav! Hər şey düzgün, emosional şəkildə qəlbən yazılıb. Lakin bu, tarixdir, geriyə baxışdır. Halbuki irəli baxılmalı idi. Bu gün Rusiya sülhməramlı kontingenti Qarabağdadır. Bu kontingent elə sizin vəzifələrinizi yerinə yetirir. Amma o düzdürmü ki, onlar vəzifələri birtərəfli yerinə yetirirlər? Mətbuatda yazılanlara baxsaq, onlar yalnız erməni əhalisinə tammiqyaslı yardım göstərirlər. Bəs niyə tərəflərə bərabər münasibət göstərilmir? Yoxsa vəziyyət mətbuat tərəfindən təhrif olunur? Əgər təhrif edilmirsə, bir-iki ildən sonra Azərbaycan əhalisi Rusiya qoşunlarına necə münasibət göstərəcək? Qoşunlara eyni yerdə və təxminən eyni vəzifələrdə komandanlıq edən yeganə adam kimi sizin xüsusi təcrübəniz, həmçinin vəziyyəti analiz edə bilmək qabiliyyətiniz, son olaraq isə ortaya çıxa biləcək nəticələr haqqında xüsusi anlayışınız var. Düşünürəm ki, görülən və edilməli olan işlərlə bağlı qiymətləndirmələrinizi, bu məsələdə səhvlərin olmasını istəməyən hərbi general kimi bildirməyiniz düzgün olar.
Səmimi hörmətlə M.Vasilenko”.
Çalışacağam ki, hadisələri qiymətləndirəm. Ola bilsin ki, bunun həm sülhməramlıların xidməti-döyüş fəaliyyətinin yerinə yetirilməsinə, həm də onlarla təmasda olan Azərbaycanın təhlükəsizlik və hüquq mühafizə orqanlarına müəyyən faydası olacaq.
Birincisi, qarışıqlığı istisna etmək və yenidən eyni palçığa batmamaq üçün bütün heyət aydın şəkildə başa düşməlidir: 30 il ərzində tanınmamış “DQR”ə geri dönüş olmayacaq. Buna qayıtmaq, uşaqlar və nəvələr üçün saatlı bomba qoyulmasına bərabərdir. Geri qayıdan ermənilər təzə tikilmiş evlərdə barıt çəlləyində olduğu kimi yaşayacaqlar. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan əhalisinə xüsusi siyasi status verilməyəcəyini bəyan edib. Bunun gələcəkdə dinc yaşayışın yeganə mümkün perspektivi olduğu ilə razılaşmamaq olmaz.
İkincisi, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları Bəyanatların doqquz bəndindən yeddisi əsasən yerinə yetirilib. Əsas bəndlərdən biri - dördüncüsü yerinə yetirilməyib. Bu bənd sənədin bütün hissələrinin tam yerinə yetirilmə şərtlərini özündə ehtiva edir.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasında olan əraziyə silah verilə bilməz. Bundan əlavə, orada erməni hərbçiləri olmamalıdır.
İlham Əliyev həm də xatırladıb ki, danışıqlar prosesində irəliləyiş az olduğu üçün, Ermənistan tərəfi Azərbaycana qarşı mütəmadi olaraq hərbi təxribatlar törədib.
Tarix təkrarlanır. Sovet İttifaqı Kommunist Partiyasının XXVIII qurultayı zamanı mənə keçmiş SSRİ daxili işlər naziri V.Bakatin xəbərdarlıq etdi: “Azərbaycan Kommunist Partiyası Kəlbəcər rayon komitəsinin birinci katibinin ailəsi ilə birlikdə avtomobilinin erməni silahlıları tərəfindən güllələməsi barədə qurultayda hesabat verməyə hazır olun”.
Sülhməramlıların Qarabağda özlərinin müvəqqəti məsuliyyət zonasına qəsdən yaraqlı təxribatçıları buraxacaqlarına inanmıram. Rusiya Prezidenti Vladimir Putinin bu barədə məlumatının olmasına heç inanmıram. O, Qarabağdakı savaşın dayandırılması və sülh şərtləri ilə bağlı imzaladığı Bəyanatın bütün bəndlərinin yerinə yetirilməsini istəyəcək. İndi, 80 yaşımda bunun necə ola biləcəyi ilə bağlı heç bir fikrim yoxdur. Yaxın gələcək bunun 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində olduğu kimi, bunun qurama və ya prezidentin ətrafında güvən normalarının aşılması olduğunu göstərəcək.
Üçüncüsü, unutmaq olmaz ki, hələ 1923-cü ildə Qarabağa, yəni təkcə ermənilərə deyil, azərbaycanlılara da muxtariyyət verilmişdi. Ona görə də, saylarından asılı olmayaraq hər iki tərəfə Azərbaycan vətəndaşı olaraq tam miqyaslı yardım göstərilməlidir.
Xatırlamaq yerinə düşər ki, bir milyon azərbaycanlının öz torpağından qovulmasından, infrastrukturun və mədəni irs obyektlərinin tamamilə məhv edilməsindən sonra Qarabağda yalnız ermənilərə hərtərəfli yardımın göstərilməsi bu fəaliyyətin mənəvi əsaslarını şübhə altına qoyur.
Dördüncüsü, həyata keçirilən xidməti-döyüş fəaliyyəti mütəmadi fiksasiya edilməli və onların nəticələri yazılı şəkildə hüquq mühafizə orqanları ilə razılaşdırılmalıdır. Bu, təkcə xidməti döyüş fəaliyyətinin aparılması zamanı və sonrası deyil, həm də gələcəkdə müxtəlif qurumların hesabatlarındakı şikayətlərin, uyğunsuzluqların araşdırılması üçün əsas olacaq.
Mən işdən çıxarıldıqdan bir il sonra Baş Prokurorluğa dəvət aldım. Xidməti-döyüş fəaliyyətini fiksasiya edən sənədlərin olması bütün sualları aradan qaldırdı.
Beşincisi, media ilə münasibətdə çox diqqətli və səliqəli davranmaq lazımdır. Çünki həqiqətə uyğun olmayan, əvvəldən hazırlanmış materiallar ilə gəldikləri hallar olub. Onlar rəhbərliklə beş dəqiqəlik görüş təyin etməyə çalışırdılar. Müxtəlif faktları əsas tutaraq, bütün reportajı bu istiqamətdə qurmaq əvəzinə, diqqəti konkret olaraq baş verən hadisələrə yönəltmək lazımdır.
Altıncı, şəxsi heyəti təxribatlardan mühafizə etmək və qorumaq mütləqdir. Hər bir faktı araşdırmaq, üçüncü şəxslər tərəfindən mülki insanlara ötürülən şikayətlərlə əlaqədar subyektiv qərar verməmək lazımdır.
Şəxsi heyətə erməni və azərbaycanlı əhalinin yaşadığı ərazilərdə döyüş xidmətinin aparılmasının xüsusiyyətlərini öyrətmək. Tarixi, adətləri, mədəni dəyərləri, Zaqafqaziyanın inkişafında Rusiyanın rolunun öyrənilməsi və sair.
Yeddincisi, sayıqlıq, davamlı olaraq bütün şəxsi heyətə “güvən, amma yoxla” qaydasını öyrətmək. Xüsusi İdarə Komitəsinin, Təşkilat Komitəsinin, komendantlıqların idarə heyəti üzvlərinin həyatına nəinki o zamankı Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində, həmçinin onun xaricində dəfələrlə sui-qəsd cəhdləri olub.
Vurulmuş təyyarə nəticəsində 22 nəfər həyatını itirdi. Respublika Təşkilat Komitəsinin sədri Viktor Polyaniçkonun, SSRİ Daxili İşlər Nazirliyi Şimali Qafqaz və Zaqafqaziya üzrə Daxili Qoşunlar üzrə idarəsinin rəis müavini polkovnik Blaxotinin və başqalarının öldürülməsi.
Nəhayətdə Vladimir Putin çıxışlarının birində SSRİ-də terrorun məhz Qarabağdan başladığını vurğuladı. Və bunu həmişə yadda saxlamaq lazımdır.
Keçmiş Dağlıq Qarabağ Muxtar vilayətinin və ətraf rayonların komendantı olmuş general Vladislav Safonov
Bölməyə aid digər xəbərlər