20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
“Taliban” hərəkatı cəmi bir neçə həftə ərzində ölkənin paytaxtı Kabil də daxil olmaqla Əfqanıstanın demək olar ki, bütün ərazisini nəzarətə götürüb. Dünən ölkəni tərk edən Əfqanıstan Prezidenti Əşrəf Qəni hakimiyyətin dinc yolla müəyyən bir keçid hökumətinə, faktiki olaraq taliblərə keçdiyini açıqlayıb. Axı, “Taliban” Əfqanıstan səlahiyyətlilərindən hakimiyyətin tamamilə ötürülməsini gözlədiklərini və keçid hökuməti ilə bağlı seçimin onlara uyğun olmadığını açıqlayıb.
Eyni zamanda, Əfqanıstanda vəziyyət gərgin olaraq qalır, bu, Azərbaycan və Türkiyə sülhməramlılarının qoruduğu Kabil hava limanının ətrafındakı ərazilərə də aiddir. Həmçinin Əfqanıstanın bəziləri birbaşa Azərbaycana aid olan xarici layihələrini ayrıca qeyd etməyə dəyər. Söhbət ilk növbədə Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu üzrə “Lapis-Lazuli” dəhlizindən (Lapis Lazuli Corridor) gedir.
Müasir Əfqanıstanın Tədqiqat Mərkəzinin direktoru Ömər Nessar vəziyyəti Sahibkartv.az-a şərh edib:
- “Taliban” hakimiyyətə gəldikdən sonra Əfqanıstanı və bütövlükdə bölgəni nə gözləyir?
- İndi proqnoz vermək çox çətindir. Amerikalılar və digər oyunçular hakimiyyətin problemsiz ötürülməsində maraqlıdır. Və bu hakimiyyət hər kəsin başa düşdüyü kimi, müvəqqəti keçid idarəçiliyi olsa belə, “Taliban”ın əlində olacaq. Əfqanıstan bölgələrində taliblərə qarşı müqavimətin mümkünlüyünə baxmayaraq, “Taliban” ölkədəki mövqelərini gücləndirməyə davam edəcək.
Ayrı bir sual - taliblər bölgədəki dövlətlərə verdikləri bir çox vədlərə nə dərəcədə əməl edəcəklər?
Xarici, ilk növbədə ABŞ qüvvələri ilə “Taliban” arasında toqquşmalara səbəb olacaq təxribatlar da baş verə bilər.
- Eyni zamanda, Azərbaycan kontingenti ilə Əfqanıstanın paytaxtında hava limanının təhlükəsizliyini təmin edən türk sülhməramlıları Kabildə qalırlar. “Taliban” isə artıq türk qoşunlarının geri çəkilməsini tələb edir.
- Bəli, burada bir “münaqişə nöqtəsi” var, amma çox güman ki, türklər taliblərlə kompromisə gəlib NATO missiyasının davamı olmadan Kabildə (azərbaycanlılarla birlikdə - red.) qala biləcəklər.
- Taliblərin Orta Asiya ölkələrinə doğru ekspansiyası mümkündürmü, axı onlar ötən əsrin 90-cı illərində belə bir niyyətləri olduğunu gizlətmirdilər? Onlar Əfqanıstanda möhkəmlənsə, necə olacaq?
- Düşünürəm ki, ilk mərhələdə onların hansısa addım atmaq ehtimalı yoxdur, region ölkələrinə qarşı aqressivlik nümayiş etdirməyəcəklər. Ancaq gələcəkdə hər şey onların ayaq üstə nə qədər möhkəm dayanacaqlarından və hansı ideologiyanı daha da inkişaf etdirəcəklərindən asılı olacaq. Cihadçı duyğular güclənərsə, sözsüz ki, Əfqanıstanın hüdudlarından kənarda yayılmaları ilə bağı ambisiyaları da olacaq.
Başqa bir məqam - “Taliban” müttəfiqləri hesab edilən digər qruplarla münasibətləri necə tənzimləyəcək? Yəni, söhbətimizin əvvəlində dediyim kimi, indi proqnoz vermək çətindir.
- Əfqanıstanın xarici layihələri, məsələn, Azərbaycanın da iştirak etdiyi “Lapis-Lazuli” dəhlizi haqqında nə düşünürsünüz? Onlar “Taliban”ın hakimiyyəti dövründə işləyəcəklərmi?
- Əfqanıstan “quldur dövlət”ə çevrilməsə, “Taliban” isə ölkəyə tam nəzarəti qura bilsə və qonşularla və ümumiyyətlə dünya birliyi ilə əlaqələr yarada bilsə, o zaman bu layihələrin əvvəlkindən daha sürətli həyata keçiriləcəyi tamamilə mümkündür. Bir çox layihənin həyata keçirilməsində problem əvvəllər rəsmi Kabilin nəzarətinin müəyyən bölgələrə yayılmaması idi.
- Axı bir əyaləti nəzarətə götürmək əraziləri effektiv idarə etmək demək deyil...
- Bəli, mən də məhz bunu demək istəyirəm. Bütün ölkəni effektli və uğurlu idarə etmək lazımdır.
Bölməyə aid digər xəbərlər