16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
Prezident İlham Əliyev “e-KOB evi” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Fərmanla “e-KOB evi” portalı haqqında Əsasnamə” təsdiq edilir.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq “e-KOB evi” portalının Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı zəruri tədbirlər görməlidir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi portalın formalaşdırılması və aparılması ilə bağlı zəruri tədbirlər görməli, eləcə də dövlət orqanları tərəfindən kiçik və orta biznes evlərində göstərilən və Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş, habelə EHİS-ə inteqrasiya olunmuş elektron xidmətlərin, EHİS vasitəsilə portal üzərindən elektron formada göstərilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti ilə birlikdə portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə portalın “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görməlidir.
Bölməyə aid digər xəbərlər