18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
“Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi üçün tərəfimdən Milli Məclisə təqdimat verilib”.
Sahibkartv.az-ın məlumatına əsasən, bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi məsələsinin müzakirəsi zamanı baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, təqdimat üçün kifayət qədər əsaslar olub.
Baş prokuror qeyd edib ki, Eldəniz Səlimov həm də karantin rejimi qaydalarını pozub.
“Baş vermiş hadisənin mahiyyəti ondan ibarətdir ki, deputat Eldəniz Səlimov qohumuna məxsus restorana gəlib. Eldəniz Səlimov polis əməkdaşının karantin rejimi qaydalarını xatırlatmasından sonra atasını ora çağırıb və sonra münaqişə yaranıb. Məsələnin etik tərəfi aydındır, hüquqi tərəfinə gəlincə, adekvat tədbirlər görülüb. Cinayət işinin hərtərəfli, obyektiv aparılması üçün Eldəniz Səlimovun toxunulmazlıq hüququna xitam verilməlidir, - deyə K.Əliyev əlavə edib.
Rəsmi məlumata əsasən, iyulun 29-da saat 01:00 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib.
Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Bölməyə aid digər xəbərlər