22:14 / 18-01-2025
18:11 / 18-01-2025
17:39 / 18-01-2025
17:15 / 18-01-2025
16:51 / 18-01-2025
16:45 / 18-01-2025
16:30 / 18-01-2025
16:14 / 18-01-2025
16:00 / 18-01-2025
15:29 / 18-01-2025
15:27 / 18-01-2025
13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambleyasının ölkəmizdə səfərdə olan üzvləri ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov qonaqları salamlayıb və həyata keçirilən səfərin bölgədəki vəziyyətlə bağlı dolğun məlumatın əldə edilməsi ilə yanaşı, ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verə biləcəyini qeyd edib.
Bölgədəki cari vəziyyət, xüsusilə də post-münaqişə mərhələsi barədə qarşı tərəfə ətraflı məlumat verən nazir, Milli Assambleya üzvlərinin çoxsaylı suallarını cavablandırıb.
Nazir Ceyhun Bayramov Azərbaycan-Fransa münasibətlərinin cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı vəziyyət və bu xüsusda Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etdiyi təqdirdə, Ermənistan rəsmi dairələri tərəfindən səsləndirilən revanşist bəyanatlar, habelə sərhəd gərginliyi, delimitasiya və demarkasiya prosesinə başlamaqla bağlı Azərbaycanın mövqeyi, bölgədə insan həyatına başlıca təhdid olan mina məsələsi, azad olunmuş ərazilərin bərpası prosesi və bu prosesdə iştirak edən xarici şirkətlər barəsində qarşı tərəfə məlumat verib.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıb.
Bölməyə aid digər xəbərlər