Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hikmət Hacıyevdən sülh prosesi ilə bağlı mühüm bəyanat - FOTO

Baxış: 99
Hikmət Hacıyevdən sülh prosesi ilə bağlı mühüm bəyanat - FOTO


"Qarabağ və Şərqi Zəngəzur bölgələrinin işğalı dövründə məscidlərimiz, eləcə də islam mədəniyyət abidələrimiz Ermənistan tərəfindən bütövlükdə dağıntılara məruz qalıb - hətta məscidlərin içinə donuzlar salınıb".
Bunu bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb. O bildirib ki, Azərbaycan bu yaşananlara qisas aktı kimi yanaşmır, lakin bu, bizim tariximiz və milli irsimizdir, olanları unuda bilmərik:

"Mənim ölkəm zərdüştlüyün meydana gəldiyi ilk mərkəzlərdən biridir. Bura həmçinin IV əsrdən başlayaraq xristianlığın yayıldığı ilk məkanlardan biridir: xristianlıq Qafqaz Albaniyası çarlığı tərəfindən rəsmi din kimi qəbul edilib, bununla yanaşı, Azərbaycan islam dinini ilk mənimsəyən ölkələr sırasında olub".

Hikmət Hacıyev qeyd edib ki, müasir dövrdə üç din - islam, xristianlıq və iudaizm məscid, kilsə və sinaqoqlarla yanaşı Azərbaycanda qarşılıqlı hörmət şəraitində birgə mövcuddur:

"Artıq biz müharibədən zəfərlə ayrılmışıq, lakin çətin mübarizə olan sülh prosesində də qələbə qazanırıq.

Ermənistan hökuməti və siyasi rəhbərliyi öz xalqını sülhə hazırlamaq istiqamətində iş aparmalıdır. Avropa Parlamenti isə qəbul etdiyi qətnamə və qərarlarla bölgəmizdəki sülh gündəliyini sarsıdır".


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.