Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident mühüm Fərman imzaladı

Baxış: 63
Prezident mühüm Fərman imzaladı


“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar”ın məzmunu” təsdiq edilib.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, bu Sənəd Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 39.4-cü maddəsinə əsasən hazırlanmışdır və əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra – şəxslər) Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın məzmununu müəyyən edir.

Qərar şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə müraciətlərinə əlavə etdikləri sənədlər və təqdim etdikləri məlumatlar əsasında, bu Sənədin 2.3-cü bəndi nəzərə alınmaqla, Azərbaycan dilində doldurulur.

Qərar bu Sənədlə müəyyən edilən məzmunda və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada tərtib edilərək, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülür və onun təqdim etdiyi elektron poçt ünvanına göndərilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.