Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yeni dünya nizamı Bakıda müzakirə olunur – Çin mövzulu panel başladı - FOTOLAR

Baxış: 27


XIII Qlobal Bakı Forumunun ikinci günü çərçivəsində “Çin və Qlobal İdarəetmə Təşəbbüsü” mövzusunda panel iclası başlayıb.

Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniçin moderatorluğu ilə keçirilən panel iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, Çinin Avropa məsələləri üzrə sabiq xüsusi nümayəndəsi Vu Honqbo, İtaliyanın sabiq Baş naziri Romano Prodi, Sloveniyanın sabiq prezidenti Borut Pahor, Özbəkistan Prezidentinin yanında Təhlükəsizlik Şurası katibinin birinci müavini Eldor Aripov və iqtisadçı və çinşünas Josef Mondl çıxış edəcəklər.

Xatırladaq ki, martın 14-dək davam edəcək Forum bu il “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunub.

Tədbir qlobal təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və geosiyasi çağırışların müzakirəsi üçün dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların rəhbərlərini və nüfuzlu ekspertləri Bakıda bir araya gətirib.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.