Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Deputatlar Böyük Şəhər Bələdiyyələrinin yaradılmasını təklif edir

Baxış: 72
Deputatlar Böyük Şəhər Bələdiyyələrinin yaradılmasını təklif edir


Deputatkar Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı Böyük Şəhər Bələdiyyəsinin yaradılmasının təklif edib.

Deputat Siyavuş Novruzov bələdiyyələrin sayının azaldılması ilə yanaşı, bələdiyyələrin fəaliyyətinin effektivliyini təmin etmək üçün Böyük Şəhər Bələdiyyələrin yaradılmasını təklif edib. 

Deputat Fazil Mustafa isə bildirib ki, yerlərdə idarəetmə modeli tapana qədər, ya bələdiyyələtrin statusunu  genişləndirməli, ya da icra hakimiyyəti orqanlarına müəyyən əvvəlki səlahiyyətləri verməliyik. "Çünki mərkəzləşmiş qurumlar yerlərdə vətəndaşı razı sala biləcək problemlərin həllinə diqqət ayrımaqda çətinlik çəkirlər. Bu mənada Böyük Şəhər Bələdiyyəsinin yaranması vacibdir”, - deputat bildirib.

Deputat Elman Nəsirov və digərləri də bu təklifi dəstəkləyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.