Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Hikmət Hacıyev bizə bir neçə mesaj çatdırdı” - Areq Koçinyan

Baxış: 243
“Hikmət Hacıyev bizə bir neçə mesaj çatdırdı” - Areq Koçinyan


“Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirdi ki, Bakı üçün müharibə başa çatıb”.

“Sputnik Ermənistan” xəbər verir ki, bunu Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun üzvü Areq Koçinyan Bakı səfərinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı söyləyib.

“Hikmət Hacıyev Ermənistan cəmiyyətinə bir neçə mesaj çatdırmağımızı xahiş etdi. Bakı üçün münaqişə başa çatıb, azərbaycanlılar indiki “qeyri-müharibə” vəziyyətindən sülhə keçmək, Ermənistanla hərtərəfli və uzunmüddətli sülh qurmaq istəyirlər”, - Koçinyan Hikmət Hacıyevlə görüşün detalları barədə danışarkən deyib.

Onun sözlərinə görə, Hacıyev, həmçinin Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bir daha diqqətə çatdırıb. 

Xatırladaq ki, 21-22 noyabr 2025-ci il tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub. Səfər zamanı “Sülh Körpüsü” Təşəbbüsü üzvləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.