Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ceyhun Bayramov: Dövlətçilik tariximizin şanlı səhifəsi yazıldı

Baxış: 131
Ceyhun Bayramov: Dövlətçilik tariximizin şanlı səhifəsi yazıldı


Sahibkartv.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “X” sosial şəbəkəsində paylaşım edərək ölkəmizin tarixi nailiyyətindən söz açıb.

Nazir qeyd edib:

"2 il öncə bu gün dövlət suverenliyimizin tam bərqərar edilməsi Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir. Azərbaycan tarixi ədaləti təmin etmiş, milli qürurunu və müstəqilliyini bütün dünyaya nümayiş etdirmişdir."

20 sentyabr tarixinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan Bayramov bildirib ki, bu gün xalqımızın yaddaşında dövlət suverenliyinin möhkəmləndirildiyi unudulmaz günlərdən biri kimi qalacaq.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.