Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hakan Fidan: Zəngəzur dəhlizi Ankara ilə Bakı arasında razılaşdırılaraq həll olunub

Baxış: 164
Hakan Fidan: Zəngəzur dəhlizi Ankara ilə Bakı arasında razılaşdırılaraq həll olunub


Zəngəzur dəhlizinin bəyan edilməsi, Azərbaycan tərəfinin əsas tələblərinin əsaslı şəkildə tanınması deməkdir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında bağlanan sazişlər regionda sülh üçün gözəl mənzərə yaradır.

"Hadisələrin ilk günündən amerikalılar gəlib azərbaycanlı qardaşlarımızla danışmağa başladığı andan bu məsələ bizimlə razılaşdırılaraq həll olunub", -  Hakan Fidan bildirib

O əlavə edib ki, Zəngəzur dəhlizi bəyan edildikdən sonra konkret format hələ müəyyən edilməyib: “Bu, tərəflərin danışıqlar zamanı öz aralarında müzakirə edəcəyi konsepsiya kimi qəbul edilir”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.