Konqresmen "Tramp planı"nı təsdiqlədi: "Tezliklə Azərbaycan və Ermənistan…"
Tarix: 5-08-2025, 12:03
/
Baxış: 634
ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan üzvü, tanınmış siyasətçi Co Vilson sosial şəbəkə hesabında prezident Donald Tramp haqqında maraqlı paylaşım edib.
Musavat.com xəbər verir ki, konqresmen Trampın beynəlxalq arenada sülh təşəbbüslərini önə çəkərək onun bir sıra qlobal münaqişələrin həllində oynadığı rolu vurğulayıb.
O yazır: "Tramp kimi sülhsevər prezident olmayıb".
Daha sonra isə Donald Trampın həll etdiyi, ya da həll etməkdə olduğu münaqişələri, toqquşmaları sadalayır:
– Konqo və Ruanda
– Tailand və Kamboca
– Pakistan və Hindistan.
Ardınca anonsu partladır:
"Tezliklə Azərbaycan və Ermənistan!"
"O, Nobel Sülh Mükafatına layiqdir", – deyə Co Vilson "X" platformasındakı paylaşımı yekunlaşdırır.
Konqresmenin bu açıqlaması Trampın ikinci dəfə prezident seçilməsindən sonra ABŞ-ın xarici siyasət kursunda müşahidə olunan yeni fəallıqla səsləşir.
Qeyd edək ki, Donald Tramp administrasiyası Yaxın Şərqdən tutmuş Cənubi Qafqaza qədər müxtəlif münaqişə zonalarında təsir imkanlarını gücləndirməkdədir.
Xüsusilə Azərbaycan və Ermənistan arasında sülh prosesi fonunda ABŞ-ın diplomatik fəallığı diqqət çəkir. Vaşinqtonun bu iki Cənubi Qafqaz ölkəsi arasında uzunmüddətli və davamlı sülhə nail olunması üçün göstərdiyi təşəbbüslər – Tramp rəhbərliyi altında daha açıq və sərt diplomatik mövqe ilə müşayiət olunur.
Co Vilsonun paylaşımı da bu kontekstdə qiymətləndirilir və Trampın regionda qlobal vasitəçi kimi irəli çıxarılmasının başlanğıcı kimi dəyərləndirilir.
Məlum olduğu kimi, bu həftə Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə, Tramp tərəfindən qəbul olunacağı barədə xəbər yayılıb.
Konqresmenin bu açıqlaması həmin iddianın təsdiqlənməsi hesab oluna bilər.
Donald Tramp prezidentliyinin əvvəlki dönəmində də bir sıra beynəlxalq diplomatik nailiyyətlərlə yadda qalmışdı. O cümlədən, İsraillə ərəb ölkələri arasında "İbrahim razılaşmaları", Koreya yarımadasında gərginliyin azaldılması və Hindistan-Pakistan münasibətlərindəki tarazlığın saxlanılması həmin dövrün önəmli diplomatik uğurları sırasında göstərilir.
İndi isə prezident Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası Azərbaycan-Ermənistan münasibətlərində qətiyyətli vasitəçilik iradəsi ortaya qoyur.
Ekspertlərə görə, bu yanaşma həm Rusiyanın bölgədəki təsirini balanslaşdırmaq, həm də ABŞ-ın strateji maraqlarını genişləndirmək məqsədi daşıyır.
Digər xəbərlər
Xəbər lenti
13:11
06-06-2026
06-06-2026
12:29
06-06-2026
06-06-2026
12:01
06-06-2026
06-06-2026
10:56
06-06-2026
06-06-2026
10:54
06-06-2026
06-06-2026
10:12
06-06-2026
06-06-2026
09:53
06-06-2026
06-06-2026
09:48
06-06-2026
06-06-2026
09:37
06-06-2026
06-06-2026
09:30
06-06-2026
06-06-2026
09:24
06-06-2026
06-06-2026
09:17
06-06-2026
06-06-2026
09:12
06-06-2026
06-06-2026
22:11
05-06-2026
05-06-2026
21:48
05-06-2026
05-06-2026
21:18
05-06-2026
05-06-2026
21:18
05-06-2026
05-06-2026
20:43
05-06-2026
05-06-2026
20:33
05-06-2026
05-06-2026
20:16
05-06-2026
05-06-2026
19:44
05-06-2026
05-06-2026
19:34
05-06-2026
05-06-2026
19:14
05-06-2026
05-06-2026
18:51
05-06-2026
05-06-2026
18:31
05-06-2026
05-06-2026
18:21
05-06-2026
05-06-2026
17:49
05-06-2026
05-06-2026
17:33
05-06-2026
05-06-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Torpaqla başlayan sahibkarlıq gələcəyin ən güclü modeli olur
05-06-2026 22:11
/
180
Kənd təsərrüfatında böyümənin yeni formulu ortaya çıxır
05-06-2026 21:48
/
189
Torpaqdan gələn gəlir yeni sahibkarlar yetişdirir
05-06-2026 21:18
/
171
Fermerlər məhsul satışında yeni mərhələyə keçir
05-06-2026 20:43
/
171
Meyvə, tərəvəz və taxıl istehsalçıları üçün yeni çağırışlar
05-06-2026 20:33
/
171
Kənd təsərrüfatında qazancı artıran düşüncə tərzi dəyişir
05-06-2026 20:16
/
216





































