Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Paşinyan “yoxa çıxıb”, prezident isə Zəngəzurda elə şeylər danışır ki... - Erməni nəşri

Baxış: 179
Paşinyan “yoxa çıxıb”, prezident isə Zəngəzurda elə şeylər danışır ki... - Erməni nəşri


Ermənistan hakimiyyəti daxilində qeyri-müəyyənlik hökm sürməkdədir.

 “Joxovurd" nəşri xəbər verir ki, hökumət daxilində vəziyyət hazırda qeyri-müəyyəndir. “Məsələ burasındadır ki, son günlər Nikol Paşinyan “yoxa çıxıb”. O, heç bir yazı və ya status dərc etmir, kilsə prosesləri ilə bağlı planlarına aydınlıq gətirmir və konkret addımlar atmağa nə vaxt başlayacağı bəlli deyil. Ümumiyyətlə, kilsəyə qarşı mübarizə davam edəcəkmi? Demək olar ki, hakim komanda daxilində situasiya aydın deyil. Hər kəs nəyi və nə vaxt gözlədiyini düşünür",- “Joxovurd” yazır.

Nəşr həmçinin yazır ki, Paşinaynın “yoxa çıxması” fonunda hakim komanda illərdir prezident iqamətgahını tərk etməyən, bir neçə gündür Sünikin (Zəngəzurun) müxtəlif kəndlərini gəzən prezident Vaaqn Xaçaturyanın gözlənilməz görüşləri və verdiyi qəribə bəyanatlar qızğın müzakirə olunur. “Hakimiyyət daxilində əvvəlcə prezidentin nə üçün “önə çıxması”, daha sonra Nikol Paşinyanın niyə “yoxa çıxması” ilə bağlı qızğın müzakirələr başlayıb”, - nəşr yazıb.​​​​

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.