Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər...

Baxış: 185
SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər...


Zəngəzur dəhlizinə qarşı İranın radikal kəsimi və SEPAH-a bağlı media qrupunun antitəbliğatı davam edir.

 “Sepah Pasdaran” Teleqram kanalı Zəngəzur dəhlizi layihəsini “İran və Rusiyanı mühasirəyə alan tələ” adlandırıb.

“Vilayəti (İran dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti - red.) deyib ki, bu layihə əslində regional inteqrasiyaya, iqtisadi sabitliyə, xalqın rifahına yönəlməyib, əksinə, İranı, Rusiyanı, Müqavimət Cəbhəsini qurudan mühasirəyə almaq məqsədi ilə planlaşdırılıb.

Vilayəti dolayısı ilə xəbərdarlıq edib ki, Tehran bu təhlükəyə təkcə sözlə deyil, həm də əməli ilə cavab verir:

- İran öz “qırmızı xəttini” nümayiş etdirərək sərhədlərə hərbi qüvvələr yerləşdirib və təlimlər keçirib.

- Passiv və müşahidəçi siyasət erası bitdi - İran indi qabaqlayıcı və aktiv strategiya yürüdür.

Bu dəhlizin arxasında ABŞ, NATO, sionist rejim və pantürkist dairələr dayanır”, - nəşr yazıb.(axar.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.