Təyyarə olayında daşdan keçən sübut - Bakının onsuz da şübhəsi yox idi
Tarix: 3-07-2025, 10:11
/
Baxış: 471
Çingiz Qənizadə: “Bu cinayətlərin baş verməsində Rusiya hakimiyyətinin əli var”
Xəbər verdiyimiz kimi, Minval.az redaksiyasına 2024-cü il dekabrın 25-də Qroznıya yaxınlaşarkən vurulan AZAL-a məxsus "Embraer E190" təyyarəsi ilə bağlı sensasiyalı materiallar daxil olub. Məlumatlar anonim məktub vasitəsilə təqdim edilib. Məktubda hava hücumundan müdafiə bölməsinin kapitanının izahatı yer alır. O, təyyarəyə atəş açılması əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən verildiyini bildirir.
Bundan əlavə, məktuba video və audioyazılar, habelə texnikanın yararsız vəziyyətdə olması ilə bağlı ətraflı məlumatlar əlavə olunub.
Bu sübut istintaq üçün nə dərəcədə mühüm önəm kəsb edir?
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də, "Embraer E190" tipli AZAL təyyarəsi Bakıdan havaya qalxdıqdan sonra Rusiyanın Çeçenistan bölgəsi üzərində uçarkən gözlənilmədən hərbi raket zərbəsinə məruz qalıb. Hadisə nəticəsində təyyarə zədələnsə də, pilotların peşəkarlığı və möcüzəvi manevr nəticəsində təyyarə Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhərinə eniş edə bilib. Qəzaya uğramış təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 29 nəfər sağ qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə qəza zamanı fədakarlıq göstərmiş ekipaj üzvlərindən iki pilot və bir təyyarə bələdçisi Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra), iki təyyarə bələdçisi isə “Rəşadət” ordeni ilə təltif olunublar.
Rusiya tərəfi israrla hadisəni ilk baxışda texniki yanlışlıq və ya yanlış hədəf tanınması kimi izah etməyə çalışsa da, zamanla ortaya çıxan sübutlar və sızan sənədlər bu versiyanı alt-üst etmişdi.
Azərbaycan tərəfi bu məsələ ilə bağlı Rusiya hökumətindən hələ də nə rəsmi üzr, nə də kompensasiya ala bilməyib. Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidentinə yalnız “zəng edib başsağlığı verdiyini” bildirib, lakin bu, hüquqi baxımdan heç bir nəticə doğurmayan jest xarakterli addım olub.
Hadisədən dərhal sonra Azərbaycan rəsmiləri məsələni diplomatik kanallarla müzakirə etməyə cəhd göstərdi. Amma ötən vaxt ərzində Rusiyanın hər hansı istintaq başlatması və ya məsul şəxsləri müəyyən etməsi ilə bağlı heç bir ciddi addım müşahidə olunmadı. Bu isə Bakının səbr kasasını doldurmuş kimi görünür. Hələ də bu sual açıq qalır: Rusiya nədən qorxur və niyə bu hadisəni ört-basdır etməyə çalışır?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Mən mətbuatda yayılan səs yazısını, hansı əmrın verilməsi ilə bağlı rus hərbçilərinin danışığını eşitdim. Təbii ki, bu, bir materialdır və bizim hüquq-mühafizə orqanları bu materialın araşdırılması ilə məşğul ola bilərlər. Yəni hələlik bir hüquqşünas kimi bu səs yazısının məhz bizim təyyarəyə atəş açılması ilə bağlı verilən əmr olub-olmadığını qeyd edə bilmərəm. Lakin onu deyə bilərəm ki, bu cinayət hadisəsi ilə bağlı, yəni Azərbaycan mülki təyyarəsinin Qroznı ətrafında vurulması ilə bağlı istənilən material hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır və bu materialların dəqiqliyi, həqiqiliyi sübuta yetirilməlidir.
Hətta bu səs yazısı olmasa da, biz artıq bilirik ki, təyyarəmiz hansı raketlə, harada vurulub. Təəssüf ki, bu günə qədər Rusiya İstintaq Komitəsi bunun xüsusi nəzarətdə olduğuna baxmayaraq, nə əmri verənləri, nə də onu icra edənləri saxlamayıb, adlarını çəkməyib. Ümumiyyətlə, hər hansı istintaq hərəkəti nəticəsində onların müəyyən məhdudlaşdırıcı tədbirlərə məruz qaldığı barədə heç bir məlumat yoxdur. Ən azı ev dustaqlığı, həbs və sair tədbirlər görülməli idi".
Ç.Qənizadə onu da qeyd edir ki, hələ indiyə qədər Rusiya tərəfindən nə rəsmi üzr istənilib, nə də vurulan təyyarəyə görə kompensasiya ödənilməsi ilə bağlı danışıqlara başlanılıb: “Bu, onu göstərir ki, Rusiya bütün hallarda bu cinayətin izini itirməyə çalışacaq. Necə ki, təyyarəmizin yaxın aeroportlara enişinə icazə verilmədi, Xəzər üzərindən uçaraq Aktauya - Qazaxıstan ərazisinə keçdi, indi də Yekaterinburqda baş verən hadisələri ört-basdır etməyə çalışırlar. Görünən budur ki, Rusiyada hüquq-mühafizə orqanları, dövlət strukturları tərəfindən törədilən bütün cinayətləri RF hökuməti maksimum dərəcədə gizlətməyə çalışır. Bu da təəssüfdoğurucudur və ondan irəli gəlir ki, belə halların baş verməsində Rusiyanın yuxarı strukturlarının, hakimiyyətin digər qollarının da əli var”.
Digər xəbərlər
Xəbər lenti
11:11
06-04-2026
06-04-2026
10:59
06-04-2026
06-04-2026
10:55
06-04-2026
06-04-2026
10:50
06-04-2026
06-04-2026
10:21
06-04-2026
06-04-2026
10:03
06-04-2026
06-04-2026
09:51
06-04-2026
06-04-2026
09:45
06-04-2026
06-04-2026
09:31
06-04-2026
06-04-2026
09:26
06-04-2026
06-04-2026
09:22
06-04-2026
06-04-2026
09:00
06-04-2026
06-04-2026
11:59
04-04-2026
04-04-2026
11:56
04-04-2026
04-04-2026
11:27
04-04-2026
04-04-2026
10:09
04-04-2026
04-04-2026
09:00
04-04-2026
04-04-2026
22:11
03-04-2026
03-04-2026
21:48
03-04-2026
03-04-2026
21:18
03-04-2026
03-04-2026
20:43
03-04-2026
03-04-2026
20:33
03-04-2026
03-04-2026
20:16
03-04-2026
03-04-2026
19:44
03-04-2026
03-04-2026
19:34
03-04-2026
03-04-2026
19:14
03-04-2026
03-04-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Qlobal böhran yeni biznes liderləri yaradır
03-04-2026 22:11
/
198
Sahibkarlar üçün yeni dövr başlayır
03-04-2026 21:48
/
180
2026-da torpaq sahibi olmaq strateji üstünlükdür
03-04-2026 21:18
/
162
Qida təhlükəsizliyi yeni iqtisadi prioritet olur
03-04-2026 20:43
/
171
Böhran dövründə kənd təsərrüfatı niyə sabit qalır
03-04-2026 20:33
/
144
Əkinçilik gələcəyin əsas biznesinə çevrilir
03-04-2026 20:16
/
198






























