Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiyadan Medinskinin Qarabağla bağlı fikirlərinə dair - Açıqlama

Baxış: 155
Rusiyadan Medinskinin Qarabağla bağlı fikirlərinə dair - Açıqlama


“Rusiya Qarabağı rəsmi olaraq Azərbaycanın ərazisi kimi tanıyır”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb. 

O, Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı səsləndirdiyi fikirləri kontekstdən çıxarmamağa çağırıb.

Zaxarova qeyd edib ki, Medinski həmin açıqlamasında vəziyyətin tarixi aspektindən və sosial-mədəni xüsusiyyətlərindən bəhs edib. 

Xatırladaq ki, Vladimir Medinski “Russia Today” kanalına müsahibəsində Qarabağı mübahisəli ərazi kimi təqdim edərək “Əgər biz cəbhə xəttində münaqişəni dayandırsaq və real sülhə razı olmasaq, sadəcə olaraq hansısa atəşkəs bağlasaq, o zaman vəziyyət bir vaxtlar Ermənistanla Azərbaycan arasındakı mübahisəli bölgə olan Qarabağı xatırladacaq. Əgər real sülh olmasa, o zaman bu bölgə (Rusiyanın yeni əraziləri-red.) “nəhəng Qarabağa” çevriləcək”, - deyib.

Bunun ardınca, Azərbaycan XİN Medinskinin bu açıqlamasına münasibət bildirib. Qeyd olunub ki, Putinin köməkçisinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.