15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura hər səfəri zamanı yeni müəssisələrin təməli qoyulur, hazır olanların açılışları edilir. Dövlətimizin başçısının sentyabrın 19-20-də Qarabağa növbəti səfəri də yaddaqalan oldu.
Bu fikirləri açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım deyib.
O bildirib ki, artıq doğma Qarabağımıza həyat qayıdır. Doğma sakinlərinin qayıdışı, aparılan quruculuq işləri bu torpaqlara yeni nəfəs verir. Prezidentimizin Qarabağda atdığı yeni təməllər və açılışını etdiyi müəssisələr bu diyarın gələcək tərəqqisində müstəsna əhəmiyyət kəsb edir. Xankəndi şəhərində Qarabağ Universitetinin fəaliyyətə başlaması isə bölgənin elm və təhsil mərkəzi kimi də önəmini artıracaq. Qarabağ tarixən görkəmli ziyalılar yetişdirən yurd olub. Yeni fəaliyyətə başlayan universitet də bu ənənəni davam etdirəcək.
Prezident İlham Əliyevin Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə dərinməzmunlu çıxış etdiyini qeyd edən deputat deyib: “Dövlətimizin başçısı çıxışında keçmiş münaqişənin tarixi, 44 günlük Vətən müharibəsi, antiterror tədbirləri və azad edilmiş ərazilərdə quruculuq işləri barədə fikirlərini bildirdi. Prezident İlham Əliyevin vurğuladığı kimi 30 il davam edən danışıqlar prosesinə baxmayaraq, Ermənistan işğal etdiyi torpaqlarımızı sülh yolu ilə geri qaytarmadı. Buna görə də, 2020-ci ildə 44 günlük Vətən müharibəsində dövlətimiz öz gücü ilə ərazilərimizi azad etdi. Bu müharibədə erməni ordusu darmadağın edildi, rəsmi İrəvan kapitulyasiyaya imza atmağa məcbur oldu. Qalib Azərbaycan bölgənin gələcək rifahı naminə Ermənistana sülh sazişi imzalamağı təklif etdi. Lakin qarşı tərəf yenə də ona uzanan sülh əlini qəbul etməyərək müxtəlif bəhanələrlə prosesi uzatmaq yolunu tutdu”.
Vətən müharibəsinin ermənilərə dərs olmadığını bildirən F.Yıldırım deyib ki, Qarabağın erməni sakinlərinə reinteqrasiya təklif edilsə də, mövcud rejim bununla razılaşmadı. Azərbaycanın bütün kommunikasiyaların açılması, Xankəndiyə əlavə yollar, istənilən yükdaşımaları təklifini də xunta rejimi mənfi cavablandırdı. Əvəzində isə onlar “blokada və soyqırımı” iddiaları ilə yalan üzərində qurulmuş kampaniya aparırdılar. Onlar nə yolun işləməsinə imkan verirdilər, nə də Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul edirdilər. Erməni tərəfi ümid edirdi ki, hansısa xarici havadarlarının dəstəyi ilə Azərbaycana qarşı hərbi təxribatlarını davam etdirə biləcək. Lakin Prezident İlham Əliyevin dediyi kimi, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməzdi. Xalqımız bu müqəddəs mübarizədə Ali Baş Komandan və ordumuzun ətrafında yumruq kimi birləşdi.
“Beləliklə, Azərbaycan xalqı olaraq şərəfli və qürurlu tarix yaşayırıq. Suverenliyimizin bərpasının parlaq nümunəsi olaraq ötən il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Bayrağımızı ucaltmasını sonsuz iftixar və qürur hissi ilə izlədik. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması Prezident İlham Əliyevin fəaliyyətinin zirvəsini təşkil edir. Böyük Zəfər uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir”, - deyə Fatma Yıldırım vurğulayıb.
Deputat əlavə edib ki, düzgün aparılan siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi. Bundan sonrakı mərhələdə isə doğma Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində quruculuq işləri uğurla davam etdiriləcək. Doğma yurdlarımız yenidən ölkəmizin dilbər guşəsinə çevriləcək, insanlarımız xoşbəxt və firavan həyat sürəcəklər.
Bölməyə aid digər xəbərlər