Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Moskvada Xəzər regionunda əməkdaşlıq məsələləri müzakirə olunub

Baxış: 217

Sentyabrın 18-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Xəzəryanı dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri arasında illik görüş keçirilib. Görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu iştirak edib. 

 Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ənənəvi olaraq görüş Beynəlxalq Xəzər dənizi Gününə həsr olunur. 

“Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və “beşlik” formatında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, o cümlədən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Türkmənistanda keçiriləcək növbəti görüşünə hazırlıqla bağlı geniş məsələlər dairəsi üzrə maraqlı fikir mübadiləsi aparılıb”, – deyə nazirlikdə qeyd edilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.