Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

MSK deputatlığa namizədliyi qeydə alınmış Fəxrəddin Mehdiyevin şikayətini təmin etməyib

Baxış: 178

Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 16-da keçirilən iclasında Milli Məclisə növbədənkənar seçkilərdə 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Fəxrəddin Mehdiyevin müraciətinə baxılıb.

Bu barədə MSK-nın və Ekspert Qrupunun üzvü İlkin Şahbazov bildirib. 

O qeyd edib ki, namizəd həmin seçki dairəsinin bəzi məntəqələrdə seçkinin nəticələrinin etibarsız hesab olunması barədə MSK-ya müraciət edib. Araşdırma nəticəsində iddia edilən qanun pozuntuları təsdiqini tapmayıb və DSK-nın qərarı dəyişdirilmədən saxlanılıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.