22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Can Azərbaycanda Milli Məclisə seçkilər zamanı yaxın 5 ildə ölkəni parlamentdə təmsil edəcək 125 deputatın seçilməsi prosesində iştirak etməkdən məmnunluq duyuruq.
Vətəndaşların səsinin eşidildiyi və iradəsini ortaya qoyduğu səsvermə prosesi hər bir fərd üçün onun toxunulmaz haqqıdır. Bu, həm də çox böyük məsuliyyətdir.
Bu barədə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) nümayəndəsi İbrahim Halil Korkmaz (AKP üzvü) sentyabrın 2-də Bakıda keçirilmiş mətbuat konfransında deyib.
“Azərbaycan Mili Məclisinin dəvəti ilə Ədalət və İnkişaf Partiyası rəhbərinin siyasi münasibətlər üzrə müavini olaraq, həmçinin Kamboca Xalq Partiyasının nümayəndəsi Torung Çeyviyesna ilə birlikdə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) olaraq Bakıya gəlmişik. Təşkilatımız Asiyada demokratik dəyişikliklərdə böyük rolu olan önəmli bir qurumdur. Asiyanın ən böyük siyasi qruplarından hesab edilən ICAPP 50-dək ölkədən 22 siyasi partiya və 350-dən çox üzvü bir araya toplayır.
Sentyabrın 1-də Azərbaycanda baş tutan parlament seçkiləri, həmçinin Qarabağda 54 məntəqədə ilk dəfə gerçəkləşdi. Xankəndi başda olmaqda Azərbaycanın bütün ərazisində 50 faizlik fəallıq sərgiləndi və xalq qazandığı qələbəni taclandırdı. Azərbaycan üzrə 125 bölgədə həyata keçirilən seçkilər prosesində 6500-dək seçki qutusu qurulmuşdu. Milli Məclisdə 125 deputat yeri uğrunda 990 namizəd mübarizə aparırdı.
Səsvermə günü səhər saat 8:00-dan etibarən iki fərqli qrupa bölündük. On altı seçki məntəqəsini ziyarət etdik. Müşahidələrimizə əsasən deyə bilərik ki, isti hava və bazar günü olmasına baxmayaraq insanlar seçkiyə aktiv şəkildə gəlirdi.
ICAAP olaraq heç bir qanun pozuntusu və ya problemlə rastlaşmadıq. 112 min yerli müşahidəçi ilə yanaşı, 51 ölkədən 600-dək beynəlxalq müşahidəçinin izlədiyi səsvermə prosesi saat 19:00-da yekunlaşdı. Azərbaycan üzrə 38 faizlik siyasi qatılma qeydə alındı. Bu gün saat 10:00-da müşahidələrə yekun vurduq. Seçki qutularından çıxan ilk səslərə və qeyri-rəsmi nəticələrə əsasən, Azərbaycan Prezidentinin rəhbəri olduğu Yeni Azərbaycan Partiyasını təmsil edən 68 deputat seçilərək parlamentdə lider partiya olaraq yerlərə sahib olub. 44 müstəqil deputat Milli Məclisdə müstəqil fəaliyyət haqqı qazanıb. Digər siyasi partiya üzvləri isə 10 nəfər təşkil edib”, - deyə İbrahim Halil Korkmaz vurğulayıb.
Seçki prosesində həssas və diqqətli yanaşmaya görə Mərkəzi Seçki Komissiyasına təşəkkür ifadə edən İbrahim Halil Korkmaz qarşıdan gələn COP29-la bağlı ölkəmizə uğurlar arzu edib: “COP29-a Azərbaycanın ev sahibliyi etməsi bizim üçün qürur mənbəyidir. Əməyi keçən hər kəsi təbrik etmək istərdim. Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyini nəzərə alaraq deyə bilərəm ki, COP29 da yaddaqalan bir tədbir olacaq”, - deyə İbrahim Halil Korkmaz fikrini yekunlaşdırıb.
Bölməyə aid digər xəbərlər