17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
Sentyabrın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə keçirilən seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxodjayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
MSK sədri M.Pənahov görüşdə Özbəkistanla Azərbaycan arasında olan dost-qardaş münasibətlərindən söz açıb. Daha sonra seçki prosesi barədə qonağı məlumatlandıran MSK sədri diqqətə çatdırıb ki, seçkilərin müşahidəsinə 598 beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü prosesləri heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.
MSK sədri deyib ki, növbədənkənar parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. O, namizədliyi qeydə alınan 305 nəfərin 25 siyasi partiyanın nümayəndəsi olduğunu nəzərə çatdırıb. M.Pənahov ölkədə medianın azad fəaliyyət göstərdiyini və sərbəst şəkildə seçki prosesini izlədiyini qeyd edib. O, seçkilərlə əlaqədar "exit -poll" keçirmək üçün üç təşkilatın MSK-ya müraciət etdiyini vurğulayıb. MSK sədri ilkin nəticələrin seçki günü gecə saatlarında açıqlanacağını vurğulayıb. İki gün müddətində məntəqələrdən səsvermə protokollarının MSK-ya çatdırılacağını qeyd edən sədr bu zaman artıq ilkin nəticələrin rəsmi şəkildə elan ediləcəyini qonağın diqqətinə çatdırıb.
Ölkədə 6478 seçki məntəqəsinin yaradıldığını qeyd edən M.Pənahov onlardan 6343-nün daimi, 135-nin isə müvəqqəti fəaliyyət göstərdiyini deyib.
Milli Məclisə növbədənkənar seçkilərin Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə keçirildiyini və seçki iştirakçılarına hərtərəfli şəraitin yaradıldığını bildirən MSK sədri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb. Fiziki məhdudiyyətli şəxslər üçün 2471 məntəqədə panduslar quraşdırılıb və bütün məntəqələrdə gözdən əlillər üçün trafaretlər hazırlanıb.
Özbəkistan MSK-nın sədri Z.Nizamxodjayev öz növbəsində MSK-dakı səmimi görüşə görə təşəkkürünü bildirib, Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsində iştirakdan məmnun olduğunu qeyd edərək prosesləri fəal şəkildə izləyəcəyini vurğulayıb. İki dövlətin strateji müttəfiqlik münasibətlərindən söz açan qonaq Azərbaycan və Özbəkistan xalqlarını tarixi, mədəni bağların birləşdirdiyini vurğulayıb. Seçkilərin uğurla keçəcəyinə əmin olduğunu vurğulayan qonaq gün ərzində bir neçə məntəqəyə baş çəkəcəklərini qeyd edib.
Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.
Bölməyə aid digər xəbərlər