14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
Avqustun 29-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən “Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminar təşkil olunub.
Müvafiq sahədə bilik və bacarıqların artırılması məqsədilə keçirilmiş tədbirdə bir sıra dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və BMT QAK-ın ölkəmizdəki Nümayəndəliyinin rəhbəri Bik Lum tədbirdə giriş sözü ilə çıxış edib və seminarın işinə uğurlar arzulayıblar.
Ombudsman əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması istiqamətində müvafiq qanunvericiliyin, hüquq-müdafiə mexanizminin təkmilləşdirilməsi və bu sahədə maarifləndirmə işinin əhəmiyyətindən danışıb, yerli və beynəlxalq qurumlarla, vətəndaş cəmiyyəti institutları ilə birgə tədbirlərin təşkil olunduğunu qeyd edib.
S.Əliyeva beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətin tərkib hissəsi kimi, müvafiq sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla tərəfdaşlıqda mütəmadi olaraq görüşlərin, məsləhətləşmələrin və layihələrin həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Müvəkkil Milli Preventiv Mexanizm mandatı çərçivəsində həyata keçirdiyi fəaliyyətindən danışaraq, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə başçəkmələrin keçirildiyini, rəftar və saxlanma şəraitinin araşdırıldığını bildirib. Qeyd edilib ki, başçəkmələr çərçivəsində qəbul edilən və müraciətləri araşdırılan şəxslər arasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də var və onların hüquqlarının müdafiəsi məsələlərinə ombudsmanın fəaliyyətində geniş yer verilir.
Sonra tədbirdə Ombudsman Aparatının, həmçinin digər dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər aidiyyəti sahələr üzrə həyata keçirilən fəaliyyət, eləcə də beynəlxalq təcrübə barədə geniş məlumat verib, təqdimatlar ediblər. Həmçinin ölkə təcrübəsində bu sahədə əldə olunan yeniliklər, ombudsman tərəfindən formalaşdırılmış təcrübə iştirakçıların diqqətinə çatdırılıb.
Yekunda mövzu üzrə ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bölməyə aid digər xəbərlər