22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Azərbaycan hər zaman Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin tərəfdarı olub. Bu baxımdan da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən balanslı xarici siyasət ölkəmizə həm siyasi, həm də iqtisadi dividentlər qazandırıb. Bu kontekstdən çıxış edərək deyə bilərik ki, qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı mühüm əhəmiyyət daşıyır.
Bu sözləri açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov söyləyib.
“Təsadüfi deyil ki, dövlətimizin başçısı çıxışlarında qonşu ölkələrlə münasibətlərin mehriban qonşuluq prinsipi çərçivəsində qurulduğunu daim qeyd edir. Çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan regional, həmçinin qlobal səviyyədə bir çox layihələrin açar ölkəsinə çevrilib. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizdən keçməsi və Rusiya rəhbərliyinin tranzit ölkə kimi məhz Azərbaycanı seçməsi bir daha Rusiya-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olmasından xəbər verir. Burada təbii ki, ölkə rəhbərlərinin şəxsi münasibətlərinin iki dövlət arasındakı əlaqələrə də müsbət təkan verdiyinin şahidiyik”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra tətbiq edilən sanksiyalar səbəbindən Moskva iqtisadi planda ixracını daha çox Çin və Hindistan hesabına həyata keçirir. Bu baxımdan Şimal-Cənub dəhlizi Rusiyanın həmin bazarlara çıxışını təmin edəcək. Bununla da illik olaraq 15 milyon ton yükün ixracı nəzərdə tutulur. Potensialın daha böyük olması bütün ekspertlər tərəfindən bir mənalı olaraq təsdiqlənir. 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsinin həcmi təxminən 4,5 milyard ABŞ dolları təşkil edib. 2022-ci illə müqayisədə ötən il qonşu ölkə ilə ticarət dövriyyəsi 17 faiz artıb. Ölkələrimiz arasında iqtisadi münasibətlərin böyük potensialı var. İqtisadi münasibətlər maşınqayırma və yüngül sənaye sahələrində uğurla inkişaf etdirilir. Azərbaycanın qeyri-neft sektoruna aid məhsulların təqribən 30 faizi Rusiya bazarlarına ixrac olunur.
“Azərbaycana Rusiyadan daha çox müdafiə sənayesinə aid məhsullar idxal olunur. O cümlədən Rusiya soydaşlarımızın biznes fəaliyəti ilə məşğul olduqları əsas ölkələrdən biridir. Təkcə bu faktı qeyd etmək olar ki, Rusiyadan Azərbaycana göndərilən pul vəsaitləri 2023-cü ildə 1 milyard 47 milyon 523 min dollar olub. Keçən il Azərbaycana ümumi pul köçürmələrinin 63,3 faizi Rusiyanın payına düşür”, - deyən S.Heydərov əlavə edib ki, 44 günlük Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri Rusiyanın neytrallığı Bakı-Moskva münasibətlərinin yüksək səviyyədə saxlanılması ilə nəticələndi. Ölkəmizin geoiqtisadi unikallığı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ərazimizdən keçməsi ilə də bağlıdır. Bu da Azərbaycanın mühüm ölkəyə çevrilməsinə şərait yaradır.
Bölməyə aid digər xəbərlər