Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Metyu Brayza: Azərbaycanda keçirilən parlament seçkiləri həm milli, həm də regional təsirə malikdir

Baxış: 195

Ötən ilin sentyabrında Azərbaycan suverenliyini tam bərpa etdi. Sürətli və uğurlu tədbirlər həyata keçirməklə Azərbaycan özünün ərazi bütövlüyünə qarşı davamlı təhlükə yaradan amilləri aradan qaldırdı. Sözsüz, bu amil Azərbaycanda keçiriləcək parlament seçkilərinin də əhəmiyyətini çox yüksəltdi.

 Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Metyu Brayza deyib.

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin Azərbaycanın bütün ərazilərində baş tutacağını xatırladan beynəlxalq ekspert qeyd edib ki, seçkilər hər bir ölkənin demokratik inkişafı üçün vacibdir və bəzi hallarda regional təsirə malikdir.

“COP29 ərəfəsində seçkilərin keçirilməsi Azərbaycanın qlobal nüfuzunu daha da gücləndirəcək. Mən bu prosesi alqışlayıram”, - deyə M. Brayza əlavə edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.