
Sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə 1508 nəfərdən 1462 nəfərin namizədliyi təsdiqlənib.
Bu haqda məlumatı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-ın avqustun 5-də keçirilən iclasında verib.
“Deputatlığa namizədliyini irəli sürənlərdən 1420 nəfəri imza vərəqəsi alıb, 1197 nəfəri isə imza vərəqələrini qaytarıb, 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”- deyə MSK-nın sədri vurğulayıb.





































