Day, Month 00, Year
00: 00: 00 AM
Meksika mətbuatı Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirindən bəhs edib

Meksikanın tanınmış “Milenio” qəzetində ölkənin nüfuzlu ali təhsil ocaqlarından olan Meksika Milli Muxtar Universitetinin professoru Talya İşcanın müəllifliyi ilə ölkəmizin ev sahibliyi edəcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dair məqalə dərc edilib.

Azərbaycanın meksikadakı səfirliyindən COP29-un bu ilin noyabrında Bakıda keçiriləcəyini xatırladaraq, bu xüsusda cari ilin iqlim dəyişikliyi ilə qlobal mübarizədə mühüm mərhələ kimi qeyd olunduğunu diqqətə çatdırıb. Avropa və Asiyanın kəsişməsində yerləşən ölkəmizin davamlılığa və az karbonlu iqtisadiyyata keçidə güclü sadiqlik nümayiş etdirdiyini vurğulayıb. 

İnklüzivliyi və multikulturalizmi ilə tanınan, Qoşulmama Hərəkatına sədrlik edən və beynəlxalq arenada bir çox məsələlərdə fəallıq göstərən Azərbaycanın bugünkü dəyişkən və təlatümlü dünyada iqlim dəyişikliyi kimi eksiztensial çağırışın öhdəsindən gəlmək istiqamətində irəli addım atmasının və beynəlxalq ictimaiyyətin böyük dəstəyini əldə etməsinin sevindirici hal olduğunu bildirib.

Məqələsində Azərbaycanın neft sənayesində birinciliyindən söz açan müəllif bu kimi ölkələrin iqlim dəyişikliyi probleminə ciddi yanaşmasının ümid yaratdığını deyib. O, ölkəmizin davamlılıq sahəsində mühüm irəliləyişlər əldə etdiyini, bərpaolunan enerjiyə, xüsusən də günəş və külək enerjisinə sərmayə qoyduğunu və “fossil” yanacaqlardan asılılığını azaltmaq üçün müvafiq qərarlar qəbul etdiyini, strateji yerləşməsi və mühüm təbii ehtiyatları ilə təmiz enerji sahəsində regional lider kimi yüksəldiyini diqqətə çatdırıb.

Müəllif Xəzər dənizinin külək enerjisi potensialının təxminən 157 GVt həcmində olduğunu, ölkəmizin bərpaolunan enerji mənbələri və texniki imkanları baxımından böyük potensiala malik ölkələrdən biri kimi seçildiyini, bu yaxınlarda günəş (Qaradağ, Şəfəq) və külək (Xızı-Abşeron) stansiyalarının tikildiyini, eləcə də əlavə külək və su elektrik stansiyaları layihələrinin reallaşdırıldığını xatırladıb. 

Bu təşəbbüslərin 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpaolunan enerji üzrə qoyuluş gücü payının ən azı 30 faizə çatdırılması strategiyasının bir hissəsi kimi ölkəmizin bərpaolunan elektrik enerjisi istehsalı potensialını genişləndirmək öhdəliyini əks etdirdiyini vurğulayıb.

Məqaləsində iqlim dəyişikliyi mövzusunda Meksikanın mövqeyinə toxunan müəllif ölkənin yeni seçilmiş prezidenti, ətraf mühit mövzularında fəal Klaudiya Şeynbaumun rəhbərliyi altında ölkənin iqlim dəyişikliyinə dair güclü öhdəliyə mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb. Müəllif beynəlxalq arenada mühüm aktor və G20-nin üzvü kimi Meksikanın Azərbaycanla yaxşı ikitərəfli münasibətlərini nəzərə alaraq bu mühüm məsələyə sadiqliyini və fəal iştirakını nümayiş etdirə biləcəyini, hər iki ölkənin iqlim dəyişikliyinə uyğunlaşma və bərpa olunan enerjiyə keçiddə oxşar problemlərlə üzləşdiyini bildirib.

Müəllif habelə məqaləsində, inkişaf etmiş ölkələrin iqlim dəyişikliyi təsirlərinin azaldılması və uyğunlaşma strategiyalarını həyata keçirə bilmələri üçün inkişaf etməkdə olan ölkələrə adekvat maliyyələşdirmə yardımının etməsinin vacibliyindən söz açıb. Meksikanın iqlim dəyişikliyinin nəticələrindən əhəmiyyətli dərəcədə əziyyət çəkdiyini xatırladaraq Meksika və digər inkişaf etməkdə olan ölkələrin COP29-da müzakirə olunacaq iqlim maliyyələşdirməsindən faydalana bilmə imkanından danışıb. 

Bu maliyyələşmənin yaşıl infrastruktur layihələri, bərpaolunan enerji və iqlimə davamlılıq proqramları üçün çox vacib olduğunu, COP29-un gündəliyinə iqlim maliyyələşdirilməsi mexanizmləri, Paris Sazişinin icrası və istixana qazları emissiyalarının azaldılması naminə beynəlxalq əməkdaşlıq üzrə müzakirələrin daxil olacağını, habelə iqlim ədaləti, həssas icmaların dayanıqlılığı və iqlim dəyişikliyi ilə mübarizə üçün texnoloji yeniliklər kimi mövzulara toxunulacağının gözlənildiyini deyib.

Sonda Meksika Azərbaycan münasibətlərinə toxunan müəllif iki ölkə arasında münasibətlərin möhkəmləndiyini, təhsil, mədəniyyət və xüsusilə, ətraf mühitin mühafizəsi kimi sahələrdə ortaq maraqları bölüşdüyünü bildirib. Davamlılıq layihələri üzrə əməkdaşlığın bilik və yaşıl texnologiyaların mübadiləsi baxımından hər iki ölkəyə fayda verə biləcəyini qeyd edib. 

Ölkəmizdə keçiriləcək COP29-un ölkələr üçün öz iqlim mövzusuna sadiqliyini gücləndirmək və innovativ həllər üzərində əməkdaşlıq etmək üçün əvəzolunmaz fürsət olduğunu bildirən müəllif K.Şeynbaumun rəhbərliyi ilə Meksikanın ətraf mühitə sadiqliyini bir daha təsdiqləmək və yeni beynəlxalq əməkdaşlıq imkanlarını araşdırmaq üçün bu konfransın platforma olacacağını vurğulayıb.


Tarix: 29-07-2024, 11:31 Oxunub: 37


Bölməyə aid digər xəbərlər