21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
Son vaxtlar Avropa İttifaqı ilə Ermənistan arasında viza liberallaşması üzrə dialoqun başlanması haqqında müzakirələr aktuallaşmaqdadır. Bu dialoq Avropanın məqsədləri və prosesin nəticələri ilə bağlı geniş müzakirələrə səbəb olur. Bir çox ekspertlər bu addımın arxasında müxtəlif iqtisadi və demoqrafik niyyətlərin dayandığını bildirirlər. Birinci növbədə, Avropanın bu dialoqu başlatmaqla ucuz işçi qüvvəsi cəlb etmək niyyətində olduğu açıq aydın görünməkdədir. Avropa İttifaqı ölkələri, xüsusilə də işçi qüvvəsinə tələbatın yüksək olduğu ölkələr viza rejiminin liberallaşması ilə əmək bazarına daha çox işçi cəlb etməyə çalışır. Bu, Avropanın öz iqtisadiyyatını gücləndirmək məqsədilə istifadə etdiyi strategiyadır. Digər tərəfdən, Avropanın məqsədinin məhz qeyri-müsəlmanları cəlb etmək olduğu da aydın görünür.
Bu sözləri açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
O qeyd edib ki, bu yanaşma, eyni zamanda, Avropa İttifaqının mədəni və dini müxtəlifliyi qeyri-tolerant yanaşmasının göstəricisidir. Ermənistan kimi qeyri-müsəlman ölkələrindən işçi qüvvəsinin cəlb edilməsi, Avropa ölkələrinin əhali strukturunda müsəlmanların azaldılmasına hesablanmış siyasətdir. Lakin bu dialoq Ermənistan üçün ciddi demoqrafik böhrana səbəb olacaq. Ermənistan onsuz da ciddi demoqrafik böhranda olan bir ölkədir və viza rejiminin liberallaşması nəticəsində daha çox vətəndaşın ölkəni tərk etməsi ehtimalı böyükdür. Bu, ölkənin əhalisinin azalmasına və iqtisadiyyatının zəifləməsinə gətirib çıxara bilər. Əlbəttə, ermənilərin ölkənin tərk etmələrində elə iqtisadiyyatın ağır durumda olması da xüsusi rol oynayır. Bu addım isə həmin ölkə rəhbərliyinin xalq qarşısında olan öhdəliyindən qaçması kimi də qiymətləndirilməlidir.
“Ermənistan hökumətinin yarıtmaz siyasəti, bu addım ölkəni daha da uçuruma apardığı görüntüsünü yaradır. Gürcüstan təcrübəsi də bu vəziyyətin potensial nəticələrini göstərir. Avropa İttifaqı ilə viza rejiminin ləğvindən sonra Gürcüstanı yüz minlərlə insan tərk edib. Bu rəqəmlərə diqqət etdikdə Ermənistan üçün də oxşar nəticələrin qaçılmaz olduğu görünür. Eyni vəziyyət Baltikyanı ölkələrdə də müşahidə olunur. Orada da viza liberallaşması nəticəsində əhalinin böyük hissəsi ölkəni tərk edib. Bununla yanaşı, Ermənistan rəhbərliyinin bu addımla Avropaya inteqrasiya imici yaratmaq cəhdi də qeyd edilməlidir. Həmçinin Rusiya ilə gərginlik fonunda onlar bununla Avropaya inteqrasiya görüntüsü yaratmağa çalışırlar. Bu, ölkə rəhbərliyinin daxili və xarici siyasi vəziyyətdən çıxış yolu kimi istifadə etdiyi strategiya ola bilər. Nəticə etibarilə Avropa ilə Ermənistan arasında viza liberallaşması üzrə dialoqun başlaması məsələsi müxtəlif prizmalardan nəzərdən keçirilməlidir. Bu addım həm Ermənistanın demoqrafik durumuna, həm də Avropanın iqtisadi və mədəni məqsədlərinə ciddi təsir göstərə bilər. Ermənistan bu dialoqda iştirak edərkən ölkənin maraqlarını və potensial riskləri diqqətlə qiymətləndirməli, milli maraqları qorumaq üçün strateji qərarlar qəbul etməlidir. Lakin ötən dövrlər göstərir ki, Ermənistan hökumətinin qərarları bu ölkəni illərdir uçuruma aparır”, - deyə QHT sədri vurğulayıb.
Bölməyə aid digər xəbərlər