13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
Dezinformasiya son 20 ildə dünyanın ən aktual problemlərindən birinə çevrilib. Analitik mərkəzlər qeyd edirlər ki, yaşadığımız dövrdə “saxta xəbər”in qlobal informasiya dövriyyəsində payı 45-80 faiz aralığında dəyişir. Uzun illər ərzində bunun səbəbini rəqəmsal transformasiya, internetin inkişafı, onlayn media resurslarının, xüsusilə sosial şəbəkə platformalarının çoxalması ilə əlaqələndiriblər. Bildirilib ki, yeni media alətlərinin inkişafı paralel olaraq “saxta xəbər”in çoxalmasını stimullaşdırır. Amma son dövrlərdə bu versiya zəifləyir, fərqli məqamlar ön plana çıxır.
Bu sözləri açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
O bildirib ki, dezinformasiya indi media nəzəriyyələrində siyasi mübarizə aləti kimi təsvir edilir. Dezinformasiyanın çoxalmasının səbəbi də dünyada siyasi mübahisələrin artması ilə əlaqələndirilir. Qeyd olunur ki, geosiyasi savaş aparanlar, dünyanı parçalayıb bölüşənlər öz məqsədlərinə çatmaq üçün dezinformasiyadan silah kimi yararlanırlar. Təsadüfi deyil ki, beynəlxalq tədqiqat mərkəzləri öz hesabatlarında “saxta xəbər”i “qlobal siyasətin fenomeni” adlandırırlar. Bildirilir ki, dezinformasiya bilərəkdən saxtalaşdırılmış, zərərli niyyətlər üçün yaradılmış saxta xəbər növüdür və dünyanı fəlakətə sürükləyir.
“İkinci dəfə keçirilən Şuşa Qlobal Media Forumunun verdiyi töhfələrdən biri də odur ki, akademik mərkəzlərin nəzəri baxımdan irəli sürdükləri bu fikirləri praktiki müstəvidə təsdiqləyən yüzlərlə fakt təqdim edildi. Dünyanın aparıcı media təşkilatlarını təmsil edən 150 nəfərlik heyətin iştirakı ilə keçirilən Forumda dezinformasiyanın yaranması, yayılması və hədəfləri barədə indiyədək deyilməyən fikirlər səsləndirildi.
Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki nitqi bu baxımdan daha əlamətdardır. Dövlətimizin başçısı çıxışında Azərbaycanın məruz qaldığı informasiya savaşını, dezinformasiya hücumunu nümunə göstərməklə dezinformasiya yaradıcılarının niyyət və metodları barədə məlumat verdi. İkinci Qarabağ savaşı, həmçinin 2023-cü ilin sentyabr ayında gerçəkləşdirilmiş antiterror əməliyyatları zamanı aparıcı dövlətlərin informasiya müstəvisində yol verdikləri manipulyasiyalar barədə konkret misallar göstərməklə, dezinformasiya yayıcılarının hansı mexanizmlərdən faydalandıqları barədə aydın təsəvvür formalaşdırdı.
Forumda o da qeyd edildi ki, Azərbaycan eyni kontekstdə bu gün də hədəfdədir. Ölkəmiz COP29 tədbirlərinə hazırlaşdığı bir zamanda yenidən informasiya manipulyasiyaları ilə üzləşir”, - deyə ekspert vurğulayıb.
M.Ələsgərli, həmçinin deyib: “Prezident İlham Əliyev Forumda mesaj verdi ki, bu gün Azərbaycanın daxil olduğu regionda - Cənubi Qafqazda tarixi transformasiya, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar zəifləyir, yeni əməkdaşlıq formatları meydana gəlir. Bu tarixi gedişata müdaxilə etmək, prosesi öz maraqlarına uyğun dəyişmək istəyən güc mərkəzləri var. Belə mərkəzlər dezinformasiya yaymaqla, hadisələrin təbii gedişatını dəyişmək istəyirlər. Amma dövlətimizin başçısı onu da vurğuladı ki, indi Cənubi Qafqazda müharibədən qalib çıxmış, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qüdrətli Azərbaycan var. Ölkəmiz öz ərazisini kənar müdaxilələrdən qoruduğu kimi, bütövlükdə regionu da təhdidlərdən qorumağa hazırdır”.
Bölməyə aid digər xəbərlər