13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
14:22 / 20-11-2024
14:14 / 20-11-2024
13:07 / 20-11-2024
13:02 / 20-11-2024
İyunun 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyasının (UzLiDep) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanla Özbəkistan arasında dostluq, qardaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini bildirib.
Azərbaycanın xarici siyasət kursunda türk dövlətləri ilə əlaqələrin strateji prioritet olduğunu söyləyən YAP Sədrinin müavini bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm addımlar atıldığını və müsbət nəticələr əldə olunduğunu vurğulayıb.
Tahir Budaqov Azərbaycan-Özbəkistan əməkdaşlığının həm ikitərəfli münasibətlərin inkişafı, həm də Türk dünyasında çoxşaxəli işbirliyinin dərinləşdirilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib.
Türk dövlətlərinin ortaq maraqlara əsaslanan birgə təşəbbüslərinin önəminə diqqəti cəlb edən YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, bu kontekstdə Türk Dövlətləri Təşkilatının gücləndirilməsi ölkələrimizin müştərək strateji hədəfidir.
Tahir Budaqov Türk dünyasında hakim siyasi partiyalar, o cümlədən Yeni Azərbaycan Partiyası və Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb. İki hakim partiya arasındakı əlaqələrin Azərbaycan-Özbəkistan münasibətlərinin önəmli tərkib hissəsi olduğunu nəzərə çatdıran YAP Sədrinin müavini partiyalar arasında Əməkdaşlıq Memorandumunun imzalanmasının qarşılıqlı faydalı işbirliyi üçün etibarlı zəmin yaratdığını bildirib. “Bu Memorandum əməkdaşlığımızın əsas istiqamətlərini müəyyənləşdirən mühüm yol xəritəsidir”,- deyən Tahir Budaqov qarşıda duran bütün hədəflərin gerçəkləşdiriləcəyinə əminliyini bildirib.
YAP Sədrinin müavini Şuşa şəhərində keçiriləcək beynəlxalq konfransın Türk dünyasında münasibətlərin inkişafı baxımından səmərəli olacağına inamını ifadə edib.
Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini, Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri Aktam Xaitov ölkəmizə səfər etməkdən məmnunluğunu bildirib və yüksək qonaqpərvərliyə görə rəhbərlik etdiyi nümayəndə heyəti adından minnətdarlığını ifadə edib.
Özbəkistanın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini diqqətə çatdıran Aktam Xaitov iki dost və qardaş ölkənin əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. O, “Dövlət başçılarının iradəsi və uzaqgörən siyasəti Özbəkistan-Azərbaycan çoxşaxəli tərəfdaşlıq münasibətlərinə yeni ruh verib”,- deyə bildirib.
Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsini tarixi nailiyyət kimi xarakterizə edən A.Xaitov özbək xalqının Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəklədiyini söyləyib. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yüksək səviyyəli quruculuq işlərinin aparılmasının təqdirəlayiq olduğunu vurğulayıb.
Hakim partiyalar arasında əməkdaşlığın önəmini diqqətə çatdıran Aktam Xaitov “Biz partiyalararası əlaqələrə ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi vasitəsi kimi baxırıq. YAP və UzLiDep arasında Memorandumun imzalanması ilə partiyalararası əməkdaşlıqda yeni mərhələ başlanır. Dostluğun, qarşılıqlı hörmət və etimadın təzahürü olan Memorandumun uğurla icra olunması bizə yeni nailiyyətlər qazandıracaq, işbirliyimiz səmərəli nəticələr verəcək”,- deyə bildirib.
İyunun 15-də Şuşa şəhərində keçiriləcək beynəlxalq konfransa dəvətə görə minnətdarlığını ifadə edən A.Xaitov bu tədbirin Türk dünyası üçün aktual məsələlərlə bağlı fikir mübadiləsinin aparılması və gələcək işbirliyi prioritetlərinin müzakirəsi baxımından böyük önəm daşıdığını söyləyib.
Qarşılıqlı maraq doğuran digər bir sıra məsələlərin də müzakirə edildiyi görüşün sonunda Yeni Azərbaycan Partiyası ilə Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri Aktam Xaitov imzalayıblar.
Bölməyə aid digər xəbərlər