Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

BMT: "Qarabağı tərk edən erməni sakinlərə qarşı pis rəftar halları qeydə alınmayıb"

Baxış: 464


"Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın Qarabağ bölgəsini öz istəkləri ilə tərk edərək Ermənistana köçən erməni sakinlərə qarşı pis rəftarla bağlı heç bir fakt qeydə almayıb".
“Sahibkartv.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belani BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn çıxışı zamanı bildirib.
“Bilirəm ki, indiyədək heç bir insident, pis rəftar halları ilə bağlı heç bir fakt yoxdur. Bu, uzun yoldur, tıxaclar insanlar üçün çətinlik yaradır. Lakin azərbaycanlılar tərəfindən pis rəftar halları qeydə alınmayıb”, - o deyib.
BMT nümayəndəsinin sözlərinə görə, bir həftədən az müddətdə 88,7 mindən çox insan Qarabağı tərk edərək Ermənistana gedib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.