Gəncədə sahibkarlar bir araya gəlir – sərgidə iki hospitalın stendi qurulacaq
Noyabrın 20 və 21-də Gəncə Olimpiya İdman Kompleksində “Marsol” şirkətinin təşkilatçılığı ilə 300-dən çox sahibkarın iştirakı ilə sərgi keçiriləcək.İki gün davam edəcək sərgidə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar məhsul və xidmətlərini ziyarətçilərə təqdim edəcəklər.
Tədbirdə Sahibkartv.az ilə əməkdaşlıq edən Məlhəm Beynəlxalq Hospital və Goranboyda yerləşən MediLife Hospitalı da öz stendləri ilə təmsil olunacaqlar. Sərgiyə gələn hər kəs stendlərə yaxınlaşaraq hospitalların xidmətləri barədə məlumat ala və suallarını onların nümayəndələrinə ünvanlaya bilər.
Sahibkartv.az-ın təsisçisi və redaktoru Rüstəm Zülfüqarlı da tədbirdə şəxsən iştirak edəcək. Onunla görüşmək istəyən ziyarətçilər sərgi günlərində hospitalların stendlərinə yaxınlaşa bilərlər.








































