Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ Azərbaycanın “yaşıl enerji”nin inkişafı sahəsində fəaliyyətini müsbət qiymətləndirir

Baxış: 207


“ABŞ Azərbaycanın “yaşıl enerji”nin inkişafı sahəsində fəaliyyətini müsbət qiymətləndirir”.
“Sahibkartv.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt deyib.
“ABŞ-da “yaşıl hidrogen” sahəsində irimiqyaslı layihələr həyata keçirilir. Səfər zamanı Azərbaycanın külək və “yaşıl enerji”nin digər növləri üzrə imkanları barədə mənə məlumat verildi”, - o deyib.
C. Pyattın sözlərinə görə, ABŞ şirkətləri bu sahədə liderdir və onların təcrübə və texnologiyalarından Azərbaycanda da istifadə oluna bilər: “Azərbaycanın bu istiqamətdə fəaliyyətini çox müsbət qiymətləndiririk”.
O qeyd edib ki, yaxın 50 ildə dünyanın enerji sistemləri çox dəyişəcək və bu, Azərbaycan üçün çox vacib məsələdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.