Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Parisə gedir

Baxış: 213


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Nigar Arpadarai Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün mayın 10-da Paris şəhərinə yola düşəcəklər.
Bu barədə "Sahibkartv.az"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirdə İmmiqrasiya-Avropanın demoqrafik yaşlanmasına cavablardan biri kimi, İtkin düşmüş miqrantların, qaçqınların və sığınacaq axtaranların taleyinə aydınlıq gətirməyə çağırış və digər məsələlər müzakirə olunacaq.
İclasda deputat Nigar Arpadarainin Miqrantların, qaçqınların və məcburi köçkünlərin idman vasitəsilə sosial inteqrasiyası mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaq.
Səfər mayın 14-də başa çatacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.