Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ceyhun Bayramov Ermənistana çağırış edib

Baxış: 240


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanı xoşməramlılıq nümayiş etdirməyə və Bakı-İrəvan arasında münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrdə daha çox səy göstərməyə çağırıb.
"Sahibkartv.az"ın məlumatına görə, bunu nazir mayın 8-də Vilnüsdə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
"Həmkarımı münaqişədən sonra regionda yaranmış vəziyyət barədə məlumatlandırdım, həmçinin Azərbaycanın sülh gündəliyinin təkmilləşdirilməsi istiqamətində göstərdiyi səylərdən, o cümlədən Ermənistanla sülh sazişi layihəsi üzrə danışıqların son raundundan danışdım. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, kommunikasiyaların açılması – bütün bu məsələlər də gündəmdədir”, - o bildirib.
C.Bayramov əlavə edib ki, münaqişədən sonrakı dövrdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə səylərdə zəif dinamikanın müşahidə olmasına baxmayaraq, bütün sahələrdə, o cümlədən ikitərəfli münasibətlərin əsaslarını müəyyən edən sülh müqaviləsi layihəsi, dövlət sərhədlərinin delimitasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə əldə olunmuş tərəqqi hələ ümidlərimizi doğrultmayıb.
"Biz Ermənistan tərəfini xoşməramlılıq nümayiş etdirməyə və ölkələr arasında münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrdə daha çox səy göstərməyə çağırırıq", - nazir bildirib.
"Hesab edirik ki, iki ölkə arasında münasibətlərin normallaşdırılmasının ən yaxşı yolu ərazi bütövlüyünün qarşılıqlı tanınmasına və bir-birinin suverenliyə hörmətə əsaslanır. Azərbaycanın bu məsələdə mövqeyi aydın, prinsipial və dəyişməzdir", - C.Bayramov bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.