Day, Month 00, Year
00: 00: 00 AM
Ərdoğan Putinə zəng edib

11:41 / 08-10-2024

Baş nazir: "Bu gün böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyevin kadrlarıyıq"


Əli Əsədov
“Bu gün biz böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyev məktəbinin məzunları, Heydər Əliyevin kadrlarıyıq”.
“Sahibkartv.az” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı”nda çıxışı zamanı deyib.
O qeyd edib ki, tarixdə nadir bir hadisədir ki, Heydər Əliyev iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik edib: 
"Hər iki sistemdə Azərbaycanın iqtisadiyyatını möhkəmlətmiş, onun şöhrətini, nüfuzunu yüksəklərə qaldırmış, milli mənafeyini, milli mentalitetini, mədəni və mənəvi dəyərlərini qorumuşdur. Birinci dövrdə - Sovet hakimiyyəti dövründə Ulu Öndər respublikamızı keçmiş SSRİ-də bütün sahələrdə aparıcı yerlərdən birinə çıxartmışdır. Onun təşəbbüsü ilə sosial-iqtisadi və mədəni sahələrdə həyata keçirilən tədbirlər və qazanılan nailiyyətlər ölkəmizin dövlət müstəqilliyi dövrü üçün mühüm sosial-iqtisadi və mədəni baza, təməl rolunu oynamışdır. Həmin illərdə Ümummili Liderimizin xalq qarşısında ən böyük xidmətlərindən biri də onun təhsilin və elmin inkişafı, milli kadr potensialının, həmçinin Azərbaycanın müxtəlif sahələrdə ehtiyac duyduğu nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Ulu Öndər, həm Sovet İttifaqı dövründə, həm də müstəqillik illərində bu sahələrə xüsusi diqqət yetirərək, onları dövlət səviyyəsində əsas prioritetlər kimi müəyyən etmişdir. 1970-1982-ci illərdə Azərbaycanda ali məktəblərin ümumi sayı 12-dən 17-yə çatdırılmış, çox saylı yeni ixtisaslar, fakültələr, kafedralar, elmi laboratoriyalar yaradılmışdır. Heydər Əliyev Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti ilə daim maraqlanırdı və bu barədə xeyli məlumata malik idi. Ona görə də təhsilimizin nailiyyətlərini də, problemlərini də, nöqsanlarını da yaxşı bilirdi". 
Baş nazir vurğulayıb ki, Heydər Əliyevin respublika rəhbəri kimi ilk gündən qarşıya qoyduğu başlıca məqsədlərdən biri də məhz təhsil sisteminin inkişafı, kadrların milliləşdirilməsi idi:
"Onun gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində bu sahədə mühüm nailiyyətlər əldə olundu. Əgər 1969-cu ildə SSRİ-nin tanınmış ali məktəblərinə 50-dən az adam göndərilirdisə, 1973-cü ildə onların sayı 140-dan artıq, 1974-cü ildə 357, 1975-ci ildə 700-ə yaxın və 1976-cı ildən başlayaraq 800-900 nəfərə çatdırıldı. 80-ci illərin əvvəllərindən isə 1000-dək Azərbaycan gənci respublikadan kənarda SSRİ-nin məşhur ali təhsil müəssisələrinə təhsil almağa göndərilmişdir. Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların xüsusi çəkisi 1970-ci ilədək cəmi 40% təşkil edirdisə, 1976-cı ildə bu rəqəm 85%-ə, 1977-ci ildə 92%-ə, 1980-ci illərin əvvəllərində isə 98%-ə yüksəldi. Əvvəlki illərlə müqayisədə həm tələbələrin, həm ali məktəblərin və həm də ixtisasların sayı sürətlə artdı. Ulu Öndərin yorulmaz səyləri nəticəsində 1970-80-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəblərində 80-dən artıq sahəni əhatə edən 250-dən çox ixtisas üzrə 15 000-dək azərbaycanlı gəncin ali təhsil almasına, yüksək-ixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yarandı". 
Əli Əsədov bildirib ki, Ulu Öndər, eyni zamanda, Azərbaycanın ali təhsil sistemində ədalətin təmin olunması üçün də təxirəsalınmaz tədbirlər gördü:
"Heydər Əliyev istəyirdi ki, hər bir azərbaycanlı gənc valideynlərinin kimliyindən, ailəsinin maddi vəziyyətindən asılı olmayaraq, əgər istedadı varsa və ali təhsil almaq istəyirsə, buna nail ola bilsin. Ulu Öndər Azərbaycandan kənarda təhsil alan gəncləri hər zaman diqqət mərkəzində saxlayır, onların inkişafına hər cür qayğı göstərirdi. Hər il avqust ayının axırlarında Vətəndən kənarda təhsil alacaq tələbə gənclərlə görüşür, öz dəyərli tövsiyələrini verirdi. 1969-cu ildən 1982-ci ilin avqust ayına qədər bir il də olmayıb ki, Ümummilli Liderimiz tələbələrlə görüş keçirməsin. Azərbaycandan kənarda təhsil almağa göndərdiyi gəncləri öz doğma övladları adlandıran Ulu Öndər deyirdi: “Vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqlar. Vaxt gələcək ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəkdir”. Və təbii ki, elə də oldu". 
Baş nazirin sözlərinə görə, Heydər Əliyevin nüfuzlu ali məktəblərdə kadr hazırlığı sahəsində apardığı siyasətin vacib istiqamətlərindən biri də milli hərbi kadrların yetişdirilməsi idi: 
"Məlumdur ki, hələ 1972-ci ildən etibarən Ulu Öndər hər il yüzlərlə azərbaycanlı gənci SSRİ-nin böyük təcrübəyə malik ali hərbi təhsil məktəblərinə oxumağa göndərmişdir. O illərdə məhz Ulu Öndərin şəxsi təşəbbüsü ilə, böyük çətinliklərlə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Amma bu təşəbbüslər irəli sürüləndə, milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetiriləndə heç kim təsəvvür edə bilməzdi ki, 2020-ci ilin bir payız günündə yüngül silahlarla Şuşanın sıldırım qayalarını aşan Azərbaycan ordusuna məhz Heydər Əliyevin xeyir-duası ilə hərbi təhsil almış milli kadrlar rəhbərlik edəcək. Və bu kadrlar onun layiqli varisi, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə xalqımızın Qarabağ və Şuşa həsrətinə son qoyacaq".
Ə.Əsədov söyləyib ki, Heydər Əliyevin azərbaycanlı gənclərin təhsil almaq üçün ölkədən kənardakı nüfuzlu ali məktəblərə göndərilməsi ənənəsinə sadiq qalan Prezident İlham Əliyev bu gün “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasını uğurla həyata keçirir: 
"Bu strategiyanın icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təmin olunur. 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 32 ölkənin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3500-dən artıq gənc xaricə göndərilmiş və onlara təqaüd verilmiş, bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənmişdir. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək vətəndaşın xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcəkdir".
O bildirib ki, H.Əliyevi fenomenal şəxsiyyət, nüfuzlu dövlət xadimi, nadir natiqlik istedadına malik olan təkrarolunmaz lider hesab edirdilər: “Görkəmli siyasi və dövlət xadimləri, diplomatlar, tanınmış insanlar Heydər Əliyevə böyük hörmət və ehtiram göstərirdilər. Bunu mən 6 il ərzində Ulu Öndərin yanında çalışmaq, onun köməkçisi olmaq, əksər görüşlərində və qəbullarında iştirak etmək, xarici səfərlərdə onu müşayiət etmək şərəfinə və xoşbəxtliyinə nail olan bir insan kimi tam səmimiyyətimlə deyirəm. Heydər Əliyevin yanında işləmək çox böyük məsuliyyət tələb edirdi. Eyni zamanda, həm də çox qürurverici idi. Onunla işləyən, ünsiyyətdə olan hər kəs ondan çox şey öyrənib”.
“Həm Ali məktəbdə müəllim, həm Milli Məclisin deputatı, həm də Heydər Əliyevin köməkçisi işlədiyim dövrdə Ulu Öndər mənim müəllimim olub, ondan çox şey öyrənmişəm – həm peşəkar fəaliyyətimdə, həm şəxsi həyatda Heydər Əliyevi hər zaman özümün ən böyük müəllimi hesab etmişəm. Ulu Öndərin məşhur kəlamına əsaslanaraq bu gün demək istəyirəm ki, mən hər zaman fəxr etmişəm və hər zaman fəxr edəcəm ki, Heydər Əliyevin köməkçisi olmuşam, Heydər Əliyev məktəbini keçmişəm. Hər birimiz böyük həyat yolu keçərək şəxsiyyət kimi formalaşmışıq, müxtəlif peşələrə yiyələnmişik, müxtəlif vəzifələr tutmuşuq. Lakin bizi birləşdirən mühüm bir faktor var – əksəriyyətimiz Ulu Öndərin böyük diqqət və qayğısı nəticəsində Azərbaycandan kənarda ali təhsil almaq şərəfinə nail olmuşuq. Və bu gün biz böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyev məktəbinin məzunları, Heydər Əliyevin kadrlarıyıq”, - Ə.Əsədov vurğulayıb.
“Heydər Əliyevin heç kəslə müqayisə edilməz güclü məntiqi və dəmir iradəsi var idi. Öz fikirlərini elə köklü surətdə əsaslandırıb deyirdi ki, qarşı tərəf tamamilə arqumentsiz qalırdı. Eyni zamanda, qəbul etdiyi insanlarla çox mehriban ünsiyyət yaradırdı, sadə və səmimi idi, tərəf-müqabilinin problemlərinə çox böyük həssaslıq, diqqət və qayğı ilə yanaşırdı. Bu gün öz Vətənini, xalqını, dövlətini sevən hər bir Azərbaycan vətəndaşının qəlbində Heydər Əliyev abidəsi ucaldılıb. Və nə qədər Azərbaycan xalqı, Azərbaycan dövləti varsa, Heydər Əliyev də yaşayacaq”, - Baş nazir əlavə edib.
Bizim

Tarix: 2-05-2023, 15:20 Oxunub: 95


Bölməyə aid digər xəbərlər