Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğan: “BTC kəməri türkdilli ölkələr arasında uğurlu qarşılıqlı fəaliyyət nümunəsidir”

Baxış: 249


“Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri türkdilli ölkələr arasında uğurlu qarşılıqlı fəaliyyət nümunəsidir”.
“Sahibkartv.az” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə bildirib.
“Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr təkcə nəqliyyat marşrutlarının və təchizat zəncirlərinin genişləndirilməsində deyil, həm də enerji təhlükəsizliyi kontekstində strateji rol oynayacaqlar”, - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensatı daşıyır. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.