Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Səfir: “Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq Cənubi Qafqazda sabitliyi təmin edir”

Baxış: 297


Səfir: “Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq Cənubi Qafqazda sabitliyi təmin edir”
“Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq Cənubi Qafqaz regionunda sülh və sabitliyi təmin edir”.
“Sahibkartv.az” xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə deyib.
“Gürcüstan və Azərbaycan arasında 30 illik diplomatik münasibətlər ərzində ölkələrimiz Cənubi Qafqaz regionunda sülh və sabitliyə yönəlmiş uğurlu əməkdaşlıq həyata keçirib”, - o bildirib.
Səfirin sözlərinə görə, Gürcüstan və Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləyib.
Z.Pataradze vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin oktyabrında Gürcüstana son səfəri ölkələr arasında iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb.
Səfir qeyd edib ki, Azərbaycan Gürcüstanla gömrük sahəsində, eləcə də kənd təsərrüfatı və energetika sahələrində fəal əməkdaşlıq edir.
“Bizim Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars layihələrimiz təkcə Cənubi Qafqazda deyil, həm də Avropa ölkələrində enerji səmərəliliyinin təmin edilməsində böyük rol oynayır”, - o əlavə edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.