Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əliyev, Ərdoğan və Paşinyan Praqada birgə müzakirə aparıblar

Baxış: 205



Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan masa arxasında birgə müzakirə aparıblar.
“Sahibkartv.az”ın xəbərinə görə, liderlərin müzakirəsinə Fransa Prezidenti Emmanuel Makron və Macarıstanın Baş naziri Viktor Orban da qoşulub.
Habelə, Ərdoğan və Paşinyan ayrıca söhbət ediblər.
Qeyd edək ki, bu gün sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında ikitərəfli görüş keçirilib. Ş.Mişelin iştirakı ilə Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü nəzərdə tutulub. Bundan başqa, Ərdoğanla Paşinyanın ikitərəfli görüşü də planlaşdırılıb

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.