Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib

Baxış: 250
Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, iclas Daşkənddə baş tutub. İclas çərçivəsində KOBİA və Özbəkistan prezidenti yanında sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə müvəkkil arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Sənəd iki ölkə arasında sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində əməkdaşlığı, birgə və əlaqələndirilmiş tədbirləri nəzərdə tutur. 
İclas barədə nazir Mikayıl Cabbarov da açıqlaçma verib: "Sənaye, energetika, investisiya, kiçik və orta biznes, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə əlaqələrin gücləndirilməsi üçün geniş imkanlar var. Bu barədə iclasda ətraflı müzakirə apardıq. Həmkarlarımıza işğaldan azad edilmiş ərazilərimizin potensialı barədə məlumat verdik, Özbəkistan şirkətlərini ölkəmizin əlverişli investisiya və biznes mühitindən yararlanmağa dəvət etdik".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.