Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bolqarıstanın Baş naziri Azərbaycanın Şərq ilə Qərb arasında qovşağa çevrildiyini bəyan edib

Baxış: 216

Bolqarıstanın Baş naziri Kiril Petkov Azərbaycanın Şərq ilə Qərb arasında qovşağa çevrildiyini bəyan edib.

"Sahibkartv.az" xəbər verir ki, bolqarıstanlı nazir bunu Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirdiyi təkbətək görüşdə deyib.
"Son illər ərzində gördüyünüz işlər mənə böyük təəssürat bağışladı. Siz üç beynəlxalq hava limanını tikməyə müvəffəq oldunuz və Şərq ilə Qərb arasında qovşağa çevrilə bildiniz.
Bolqarıstan Avropa İttifaqının üzvüdür. Siz nəinki ikitərəfli qaydada, o cümlədən Avropa İttifaqının üzvü olan Bolqarıstana arxalana bilərsiniz. Biz də Avropa İttifaqı Şurasının üzvüyük. Beləliklə, hesab edirəm ki, birlikdə olsaq üfüqlər çox geniş və perspektivli görünəcək", - Kiril Petkov qeyd edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.