"Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yüksələn dinamika ilə inkişaf edir. Bu münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir".
Bu sözləri "Sahibkartv.az"a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun sözlərinə görə, Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir:
"Hazırki siyasi çərçivədə iki tərəfin əlaqələrinin əsas kökünü təşkil edən "Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri" adlı sənəd mövcuddur. Sənəd 2018-ci il iyul ayında Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının həmin vaxtkı Prezidenti Donald Tuskun iştirakı ilə paraflanıb. Ümumilikdə Azərbaycanla Aİ arasında bir çox sənədlər imzalanıb".
Deputat xatırladıb ki, 2021-ci ilin dekabr ayında isə qarşılıqlı razılıq əsasında “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd 2024-cü ilədək uzadılıb:
"Bu da münasibətlərimizin inkişafı istiqamətində çox mühüm addımdır. Ümumilikdə, bu sənədə uyğun olaraq ən vacib məqamlardan biri də odur ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyini götürərək gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib".
C.Osmanov vurğulayıb ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Onun sözlərinə görə, Azərbaycanın ticarətinin 40 faizdən çoxu məhz Aİ-yə üzv dövlətlərinin payına düşür:
"Biz son dövrlər Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atdığını görürük. Belə ki, Mişelin iştirakı ilə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında 2021-ci ilin dekabr, 2022-ci ilin aprel və may aylarında üç dəfə görüşlər keçirilib. Brüsseldə keçirilən görüşlərdən sonra səsləndirilmiş bəyanatlar Aİ- Azərbaycan münasibətlər çox uğurlu olub. Aİ də Azərbaycanın təqdim etdiyi sülh gündəliyini məhz masa üzərində müzakirə predmetinə çevirib. Azərbaycan tərəfindən yaradılan reallığı qəbul edib".
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan Aİ-nin enerji təhlükəsizliyini şaxələndirən, təmin edən bir ölkədir:
"Azərbaycan-Aİ arasında enerji sahəsində çox böyük əməkdaşlıq layihələri həyata keçirilir. Biz buna misal olaraq, 2006-cı ildə Brüsseldə imzalanmış Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunu, 2011-ci ildə Bakıda imzalanmış Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni göstərə bilərik. Bundan əlavə, 2018-ci ildə qəbul edilmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri sənədində 4 prioritet əməkdaşlıq istiqamətindən biri kimi bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti təsbit olunub. 2021-ci ilin dekabr ayında qarşılıqlı razılıq əsasında Tərəfdaşlıq Prioritetləri 2024-cü ilədək uzadılıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ildə Cənub Qaz Dəhlizi layihəsinin icrası məsələlərinin əlaqələndirilməsi məqsədi ilə layihə iştirakçıları və tərəfdaş dövlətlərin enerji nazirlərindən ibarət Cənub Qaz Dəhlizi Məşvərət Şurası yaradılıb və müxtəlif zamanlarda 8 iclas keçirilib. Beləliklə, qarşıda duran prioritetlər müəyyənləşdirilib. Eyni zamanda biz bilirik ki, 2020-ci ilin dekabr ayının sonunda TAP layihəsinin işə düşməsi ilə Azərbaycan qazının Qərbə verilməsi təmin edilib. Beləliklə, əlbəttə, əlaqələrimiz daha da gücləndi”.
Deputat vurğulayıb ki, iyul ayının 18-də Azərbaycan-Aİ əlaqələrinin inkişafı istiqamətində yeni mərhələnin başlanğıcı qoyulub:
“Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Azərbaycana səfəri və bu səfər çərçivəsində Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memarondumunun imzalanması ilə Aİ-nin Azərbaycanı özünə əsas enerji tərəfdaşı seçməsinin göstəricidir. Bu sənədin nəticəsində Azərbaycanın Avropanın enerji təminatını ödəməsi istiqamətində yeni səhifə açıldı. Memarondumun əsas mahiyyəti Azərbaycan qazının sabit və təhlükəsiz şəkildə Aİ-yə çatdırılmasının təmin edilməsidir”.
Yanvarın 20-si hava necə olacaq?
18:11 / 18-01-2025
Bu BÜRCLƏR tezliklə əsl xoşbəxtliyi tapacaq
17:39 / 18-01-2025
Tanınmış blogerin əmlakına həbs qoyuldu
17:15 / 18-01-2025
Avtomobil məktəbliləri vurub, iki şagird ölüb - YENİLƏNİB
16:51 / 18-01-2025
Professordan meymunçiçəyi ilə xəbərdarlıq: "45 yaşdan aşağı şəxslər..."
16:45 / 18-01-2025
Rusiya üçün keçən fəlakətli gecə
16:30 / 18-01-2025
Tehranda terror: İki tanınmış hakim öldürülüb
16:14 / 18-01-2025
Suriyada ən qısa zamanda Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunacaq
16:00 / 18-01-2025
Paşinyan qorxu içindədir: zəhərləndiriləcəyi gündəmdədir - DETALLAR
15:29 / 18-01-2025
Hökümənin ailəsindən oğurlanan pullar qaytarıldı - Onlar tapıldı
15:27 / 18-01-2025
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub
13:35 / 18-01-2025
Hökumənin atasına dələduzluq: "Kapital Bank"dan açıqlama
12:30 / 18-01-2025
H.Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlanılıb
12:21 / 18-01-2025
Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib
12:17 / 18-01-2025
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
11:26 / 18-01-2025
Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək
11:14 / 18-01-2025
Hakan Fidan Bakıya gəlib
11:10 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
"Azərbaycan-Aİ əlaqələrinin inkişafı istiqamətində yeni mərhələnin başlanğıcı qoyuldu" - RƏY
Bölməyə aid digər xəbərlər
Tarix: 19-07-2022, 11:28 Oxunub: 173
Bölməyə aid digər xəbərlər
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
7-05-2022, 15:30
“Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi işıq üzü görüb
22-02-2022, 23:37
İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - YENİLƏNİB + VİDEO
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
5-07-2021, 13:53
Milli Məclisin təxirə düşmüş iclasının vaxtı və gündəliyi açıqlandı
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
2-02-2021, 11:20
2 fevral - Azərbaycan Gəncləri Günüdür
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
3-12-2020, 12:49
SAHİBKARLIĞIN DÖVLƏT TƏRƏFİNDƏN TƏNZİMLƏNMƏSİ
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO