Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Uşağın əli ət maşınında qaldı - 8 saatlıq əməliyyatla bərpa olundu

Baxış: 90
Uşağın əli ət maşınında qaldı - 8 saatlıq əməliyyatla bərpa olundu


3 yaşlı uşağın ət maşınında ağır yaralanan əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib.

“” Səhiyyə Nazirliyi xəbər verir ki, əməliyyat hadisədən təxminən 7 saat sonra Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında icra edilib. 
Travma nəticəsində uşağın sol əl biləyi və əl daraqları, həmçinin baş, işarə, orta və üzük barmaqları metakarpofalangeal oynaq səviyyəsində tam amputasiya olunub.

Beş həkim tərəfindən təxminən 8 saat davam edən əməliyyatdan sonra xəstə 24 saat ərzində reanimasiya şəraitində intensiv monitorinq altında saxlanılıb və 2 gündən sonra palataya köçürülüb.

Hazırda xəstənin ümumi vəziyyəti qənaətbəxşdir. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.