
Məlhəm Beynəlxalq Hospitalın direktoru Sevda Əlizadənin dəstəyi ilə onkoloji xəstəlikdən əziyyət çəkən Xocalı rayon sakini Qotaz Orucovanın müalicəsi hospital tərəfindən qarşılanır.
Sahibkartv.az xəbər verir ki, Xocalı sakini olan pasiyentə Məlhəm Beynəlxalq Hospitalda müasir tibbi standartlara uyğun olaraq müayinə və müalicə prosesi həyata keçirilir. Hospital rəhbərliyi tərəfindən göstərilən sosial dəstək çərçivəsində onun sağlamlığının bərpası üçün zəruri tibbi xidmətlər göstərilir.
Məlhəm Beynəlxalq Hospital olaraq sosial məsuliyyət layihələrimizi gələcəkdə də davam etdirməyi prioritet hesab edirik.






































