Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Ebola” can almağa davam edir: 933 yoluxma qeydə alındı

Baxış: 54
“Ebola” can almağa davam edir: 933 yoluxma qeydə alındı


Konqo Demokratik Respublikasında "Ebola" virusu can almaqda davam edir. Ölkədə virusa yoluxanların sayı 933-ə, ölənlərin sayı isə 245-ə çatıb.

Səhiyyə naziri Samuel Rocer Kambanın sözlərinə görə, hazırda 416 nəfər xəstəxanalarda müalicə alır, 80 nəfər isə sağalaraq evə buraxılıb. Ölüm faizi 26 faiz səviyyəsindədir.

Nazir bildirib ki, xəstəliyin erkən aşkarlanması və təmaslı şəxslərin izlənməsi istiqamətində işlər gücləndirilib. Eyni zamanda, əhalinin səhiyyə sisteminə etimadının artdığı qeyd olunub. "Ebola" xəstələrinin müalicəsi üçün ayrılan çarpayıların sayı 516-ya çatdırılıb, müalicə mərkəzlərinin imkanları isə genişləndirilir./milli.az/

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.